Paşinyan Moskvada Putinlə görüşdü
Yusif Nəzərli
02:28 20.04.2022
Siyasət
610
Rusiya prezidenti Ermənistanın baş nazirinə Qarabağda hələ çox problemlərin olduğunu deyib
"Moskva bölgədə əsas vasitəçilik missiyasını saxlamaq istəyir. Həmçinin, kommunikasiyaların açılmasını sürətləndirməyi düşünür"
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada səfərdədir. Hökumət başçısı Moskvaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilərlə yollanıb. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə ediblər. Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşdə Qarabağda hələ çox problemlərin olduğunu deyib. Kreml rəhbəri Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcəyini bəyan edib. Baş nazirin Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır. Səfər iki gün davam edəcək. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Moskvada rəsmi səfəri zamanı iki ölkə arasında sənədlər paketi imzalanacaq.
Paşinyanın iki günlük Rusiya səfərini “Şərq”ə analiz edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Moskva İrəvanla münasibətləri Ukrayna müharibəsindən sonra dəyişən yeni geosiyasi şərtlərə uyğunlaşdırmaq niyyətindədir. Ekspertin sözlərinə görə, Putin-Paşinyan görüşünün əsas gündəminə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının icrası da daxildir:
“Son proseslər bu görüşün Qarabağ məsələsində həlledici ola biləcəyi ehtimalını önə çıxarır. Səfərdən öncə iki məqam xüsusilə diqqət çəkdi. Birincisi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İrəvana zəngi idi. Avropa İttifaqı Paşinyanın Brüssel razılaşmasına qarşı sadiqliyini və Moskvada bu razılaşmanın əleyhinə olacaq addımın atılmamasını istəyir. Qarabağdakı separatçı-terrorçuların “rəhbərliyi” Araik Arutyunyan və Vitali Balasanyan İrəvanda Paşinyanla görüşüb. Separatçılar Paşinyandan Moskva görüşündə onların “status”, “müstəqillik” iddialarını nəzərə almağı tələb edib. Separatçıların narahatlığı göstərir ki, onların Rusiyadan da gözləntiləri azdır. Paşinyanla görüşə Araiklə yanaşı, keçmiş “Qarabağ klanı”nın üzvü və Rusiyaya yaxınlığı ilə tanınan Vitali Balasanyanın gəlməsi də bunu deməyə əsas verir. Paşinyanın edə biləcəyi yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların icrasıdır. Bakının sülh sazişi üçün təqdim etdiyi 5 əsas prinsip həm də bu razılaşmalara söykənir. Hər iki halda Brüssel razılaşması, yaxud Moskvanın vasitəçilik etdiyi razılaşmalar bu və ya digər formada bizim istəyimizə uyğundur”.
Analitikə görə, Rusiyanın mövcud situasiyada əsas istəyi isə bəllidir: “Moskva bölgədə əsas vasitəçilik missiyasını saxlamaq istəyir. Həmçinin, kommunikasiyaların açılmasını sürətləndirməyi düşünür. Qərblə qarşıdurma fonunda Cənubi Qafqazdakı mövqelərini qorumaq, xüsusilə Ermənistana quru əlaqə yaratmaq üçün ruslara bu lazımdır. Amma bu məsələ Moskvanın vasitəçiliyi ilə əldə olunan 10 noyabr və 26 noyabr razılaşmalarının icrasından asılı olacaq. Məsələ ondadır ki, 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunların Azərbaycan ərazisindən çıxarılması icra olunmalıdır. Eyni zamanda sərhədin delimitasiya və demarkasiyası həyata keçirilməlidir. Bu iki məqam icra olunmadığı təqdirdə kommunikasiyanın açılması mümkün deyil. Bu baxımdan, Putin-Paşinyan görüşünün 4-cü bəndin icrasına təsir edə biləcəyi mümkündür. Sərhədin müəyyən edilməsi isə həm Brüssel, həm də Soçi razılaşmasında eyni “qapıya” çıxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya