Paşinyan mühüm postlara öz adamlarını gətirir
03:37 06.08.2021
Siyasət
533
Ona görə də Rusiya Armen Qriqoryanın nazir gətirilməsinə qarşıdır
Ermənistanın yeni parlamentinin ilk iclasından 4 gün keçsə də xarici işlər naziri vəzifəsi hələ də boşdur. Ermənistanın Baş naziri Nikol Paşinyan Armen Qriqoryanı xarici işlər nazirinin birinci müavini təyin edib. Amma hökumət başçısı xarici işlər naziri təyin etməyə tələsmir. Ermənistan konstitusiyasına əsasən, Nikol Paşinyanın hökuməti formalaşdırması üçün 5 gün möhləti var. Bu müddət avqustun 6-da başa çatacaq. Qərar qəbul etmək isə elə də sadə olmayacaq. Məsələ bundadır ki, Rusiya Armen Qriqoryanın xarici işlər naziri təyin olunmasına qarşıdır. Bu halda Rusiya tərəfi üçün ən uyğun variant Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyanın XİN rəhbəri təyin olunmasıdır.
Mövzu ilə bağlı "Şərq" açıqlama verən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bir çox mətləblərə aydınlıq gətirib. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistanla Rusiya arasında konkret olaraq kadr problemi ilə bağlı ciddi fikir ayrılığı var:
"Çünki Rusiyanın əsas məqsədi odur ki, Ermənistan hökumətində konkret olaraq onlara yaxın şəxslər güc nazirliklərində təmsil olunsun. Onlar Ara Ayvazyan kimi şəxslərin Ermənistan Xarici İşlər Nazirliyində təmsil olunmasını istəyir. Rusiya çalışırdı ki, keçmiş müdafiə naziri Arutyunyan xarici işlər naziri olsun. Əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla razılaşmır. Çünki Nikol Paşinyan konkret olaraq Qərbin, Sorosun adamlarını hökumətdə yerləşdirir. Bununla da gələcək perspektivdə Rusiyaya qarşı dayanıqlı bir mübarizə hazırlayır".
M.Əsədullazadə Nikol Paşinyanın əsas strateji planının Rusiya mövqelərini Ermənistanda zəiflətmək olduğunu deyib:
"Armen Qriqoryana gəldikdə isə o, Nikol Paşinyanın yaxın adamıdır və onun kadrıdır. Əvvəllər Təhlükəsizlik Şurasının katibi olub. O, bir çox siyasi məsələlərdə konkret olaraq hökumətin Paşinyanın mesajlarını onun dili ilə danışır. Amma Ara Ayvazyan Kremldən təlimlər alır. Rusiyaya Sergey Lavrovdan təlimatlar alan nazir lazımdır. Ona görə də Rusiya Armen Qriqoryanın nazir gətirilməsinə qarşıdır. Düşünürəm ki, Nikol Paşinyanın hazırda xarici işlər naziri postunu boş saxlamağı da bununla əlaqəlidir.
Görünür ki, burda manevr edir. Fikrimcə, Paşinyan istədiyinə nail olacaq və A.Qriqoryanı nazir təyin edəcək. Təbii ki, Rusiyanın burda əsas məqsədi Kremlə yaxın adamı burda nazir qoymaq və konkret olaraq Azərbaycan-Ermənistan arasında münasibətləri gərginləşdirməkdir. Yəni Xarici İşlər Nazirliyini özündən asılı salmaq və hökumətin işini pozmaqdır. Bununla da regionda sülh danışıqlarının başlanmasına və Azərbaycanla əlaqələrin qurulmasını sabotaj etməkdir.
Həmçinin, Rusiya çalışır ki, hökumətdə ona yaxın kadr təyin etməklə, gələcək perspektivdə Nikol Paşinyan hökumətini silkələsin və Ermənistanda öz mövqelərini bundan sonra da qoruyub saxlaya bilsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya