Paşinyan sülhə qarşı olanları cəzalandırır
Yusif Nəzərli
06:14 11.12.2021
Siyasət
284
Azərbaycanın qaytardığı əsir ermənilərin dərhal həbsi həm də revanşistlərə bir mesajdır
Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-ni saxlayıblar. Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib ki, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib: “Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”.
Məlumat üçün deyək ki, bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan qalmaqallı video ilə gündəmə gəlmişdi. Simonyan tədbirlərin birində erməni əsirlərin artıq onun üçün mövcud olmadığını bildirmiş, onların “silahı yerə qoyan, qaçan insanlar” odluğunu demişdi: “Yaxınları bilir ki, onlar dezertirdirlər, onlar silahı yerə qoyub, qaçıb və əsir düşüblər”. Hərbçilərin valideynləri isə spikerin açıqlamasına sərt etiraz bildirmişdilər. Hərbçilərin yaxınları indi də onların həbsinə etiraz edir, hökumətin məsuliyyəti öz boynundan atmaq üçün şər-böhtan kampaniyasına başladığını deyirlər. Bəzi erməni ekspertlər də İrəvanın yalvar-yaxarla, himayədarlarına dil tökməklə aldıqları erməni hərbçilərin “cəzalandırılmasına” qarşı çıxıblar.
Siyasi şərhçi Anar İmanov “Şərq”ə açıqlamasında deyib ki, əsir düşmüş erməni hərbçilərin cəzalandırılmasının səbəbləri var. Analitikə görə, erməni hərbçilər Nikol Paşinyanın deyil, kənar qüvvələrin əmrləri ilə hərəkət etdikləri üçün həbs olunublar:
“İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan “hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması” faktı üzrə cinayət işi açıldığını deyib. Buradan anlaşılan odur ki, hərbçilər Paşinyan hökumətindən xəbərsiz, kənar dairələrin təlimatı ilə təxribatlar törədiblər. Nikol Paşinyan hərbçiləri həbs etməklə diqqəti buna yönəltməyə çalışır. Çünki əks halda özünün çıxılmaz duruma düşəcəyinin fərqindədir. Baş nazir bir tərəfdən ağızdolusu sülhdən danışır, başqa tərəfdən isə ermənilər əsgərlərimizə hücum edirlər. Görünür, Paşinyan hökuməti özbaşına hərəkət etmiş erməni hərbçilərini cəzalandırmaqla həm də onların arxasında duran güclərə mesaj vermək istəyir. Göstərir ki, o, həqiqətən sülh tərəfdarıdır və sülhə qarşı olanlar cəzalandırılır. Eyni zamanda Paşinyan anlayır ki, Ermənistan ordusu darmadağın olub və yeni müharibəyə, hərbi qarşıdurmaya hazır deyil. Davamlı təxribatlar isə Azərbaycanın səbr kasasını daşdıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq