Paşinyan yenə İranda və yenə təxribat axtarışındadır - TƏHLİL
09:01 05.08.2021
Siyasət
496
Ermənistan baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırır. Doğrudur, bu özəl səfər deyil, Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə qatılır. Ancaq Paşinyan İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi. Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoyub.
Nikol Paşinyan sonuncu dəfə İranda rəsmi səfərdə 2019-cu ilin fevralında olmuşdu. Bu, Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi. Paşinyan həmin səfərə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı. Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirmişdi ki, 1991-ci ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz Paşinyanın ilk hakimiyyət dövründə qeydə alınmışdı.
Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedirdi. Əslində rəqəm böyük deyildi, ancaq faktın özü maraqlıydı ki, bu, iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstərici sayılır. Təsadüfi deyil ki, Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi.
Nikol Paşinyan İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı. Alınmadı, verilən vədlər həyata vəsiqə qazanmadı. Paşinyanın İrana həmin səfəri qalmaqalla yadda qaldı. Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq mərkəzində erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda “Dağlıq Qarabağ Respublikasının bayrağı” və “Qarabağ Ermənistanındır” şüarı asılmış selfisini yaydı. Rəsmi Bakı Tehranda bu toplantıya aydınlıq gətirməsini tələb etdi. Çünki həmin zalda açıq-aşkar Azərbaycana və İran-Azərbaycan əməkdaşlığına qarşı təxribat həyata keçirilmişdi. İrandan qeyri-rəsmi kanallarla xəbər yayıldı ki, “Qarabağ Ermənistandır” şüarını zalda qaldıran şəxslər saxlanılıb və onlar sorğu-sual ediliblər. Bunu yoxlamaq çətin olsa da, hər halda Tehranda anladılar ki, İran ermənilərinin Paşinyanın selfisi ilə birgə həyata keçirdiyi təxribat İranın özünün əleyhinə işlədi.
Nikol Paşinyan Tehrandakı çıxışında bunları demişdi: “Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır. İlham Əliyevlə danışıqlardan nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin. Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Etmənistanı yox, bütün dünya ermənilərini görəcək”.
Bu açıqlamadan təxminən il yarım sonra Azərbaycan müharibədə qələbə çaldı və Nikol Paşinyanın Tehrandakı çıxışının mənasız olduğu aydınlaşdı.
Nikol Paşinyan bu dəfə Tehranda geniş nitq söyləməyəcək, andiçmədə iştirak edib və İran rəsmiləri ilə görüşüb geri qayıdacaq. Paşinyanla görüşəcək İbrahim Rəisi praqmatik siyasətçidirsə Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin.
“Atlas” Araşdırmalar Mərkəzi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya