Paşinyanın açıqlaması rəvac verdi
Yusif Nəzərli
08:40 19.04.2022
Siyasət
740
Qarabağdakı ermənilər bölgəni tərk edəcək
“Rusiya Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyib, əvvəlki mövqelərə qaytarılması üçün iş aparılır” açıqlaması, ardınca separatçıların “Azərbaycan Ordusu əvvəlki mövqelərinə qaytarıldı” məlumatı manipulyasiyadır”.
Bu sözləri “Şərq”ə siyasi ekspert Asif Nərimanlı deyib. Analitik bildirib ki, ruslara bölgəyə “nəzarət etdiklərini” nümayiş etdirmək üçün nümunələr lazımdır:
“Bu həm də Qarabağdakı erməni əhalisinə hesablanıb. Fərrux məsələsi ilə erməni əhali arasında Rusiyanın “təhlükəsizliyin qarantı” imici zədələnib və onların bölgədən getmək istəklərini artırıb. Paşinyanın son açıqlamalarının ermənilərin getmək istəyinə xüsusilə təsir edəcəyi gözlənilir.
Belə bir məqamda Rusiya prosesin nəzarətdən çıxmasına qarşı informasiya üzərindən “güc nümayişi” sərgiləyir. Fərruxdan sonra Rusiya MN-in demək olar ki, hər gün “Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb” açıqlaması da bundan qaynaqlanır”.
Ekspert qeyd edib ki, Araik Arutyunyanın “yeni təhlükəsizlik sistemi rus sülhməramlıları ilə əməkdaşlıq çərçivəsində formalaşır:
“Sülhməramlıların sayı artırılmalıdır” kimi açıqlamalarına da vəziyyəti nəzarətdə saxlamaq cəhdi kimi baxa bilərik. Mövcud situasiya fonunda Bakının miqyasından asılı olmayaraq, istənilən həmləsi erməni əhalisinin əhval-ruhiyyəsinə və separatçıların, eləcə də rus sülhməramlıların vəziyyətə nəzarət imkanlarına təsir edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual