Petrosyandan tarixi MESAJ: “Ermənistan Qarabağ məsələsində tək qalıb”
Banuçiçək Kalbalıyeva
09:40 09.06.2021
Siyasət
747
“Bu isə müttəfiqi olmadığına görə yox, işğalçı siyasət yeritdiyi üçündür”
“Ermənistanı dəstəkləyənlər nə qədər güclü olsalar da, kimin haqsız olduğu və beynəlxalq hüququn tələbləri göz önündədir”
“Heç bir ağıllı iqtidar bizim öz ərazi bütövlüyümüzü bərpa etməyimizə qarşı çıxa bilməzdi”
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı proqramının təqdimatında çıxış edib. O, deyib ki, Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır. Petrosyanın sözlərinə görə, bütün siyasi partiyalar Ermənistanın Qarabağ münaqişəsində müttəfiqlərinin olmadığını başa düşə bilmirlər. Lakin insanlar yenə də Amerika, İran və ya başqası istiqamətində ümidlə baxmağa davam edirlər.
“Eyni səhvi təkrarlasaq, bütün dünya üçün ən acınacaqlı ölkəyə çevriləcəyik. Bunu istəyirik? Təəssüf ki, seçkilər ərəfəsində Ermənistanda nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəyən iki qütb yarandı. Hər iki tərəf nəhəng maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədlərinə çatmaq üçün istənilən addımı atacaqlar. Bu vəziyyətin yaratdığı təhlükələrdən danışmaq istəmirəm”, - deyə Ter-Petrosyan vurğulayıb.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Petrosyanın sözügedən açıqlaması barədə “Sherg.az”a danışdı. Onun fikrincə, sabiq prezident vaxtı ilə uzaqgörən siyasət yeridirdi:
“Bilindiyi kimi, 90-cı illərdə iki tərəf arasında atəşkəs elan olundu. O vaxt Azərbaycan dövlət rəhbərliyinin atdığı uğurlu addımlar nəticəsində bizim Avropa ilə, qardaş Türkiyə ilə əməkdaşlığımızın təməli qoyuldu. Azərbaycan ciddi güc qazandı. Bunu görən Petrosyan işğal etdikləri torpaqları qaytarmağı təklif etdi və devrildi. Hərçənd o, gələcəyi çox yaxşı görürdü. Bilirdi ki, Azərbaycan nə vaxtsa öz gücündən istifadə edəcək”.
H.Səhrablının sözlərinə görə, indi rəsmi İrəvan heç də tək deyil:
“Məsələ Petrosyanın dediyi kimi deyil. Ermənistan ən azından KTMT-nin üzvüdür. Bu isə o deməkdir ki, həmin təşkilatın üzvləri Ermənistanla bu və ya digər formada müttəfiqdirlər. İkinci bir tərəfdən, Ermənistan və İran rəsmilərinin görüşlərində dəfələrlə müttəfiqlik mesajları səsləndirilib.
Keçmiş dövlət başçısının məlum açıqlaması Ermənistanın Qarabağ məsələsində yalnız qaldığına işarədir. Bu isə müttəfiqi olmadığına görə yox, işğalçı siyasət yeritdiyi üçündür.
Ermənistanı dəstəkləyənlər nə qədər güclü olsalar da, kimin haqsız olduğu və beynəlxalq hüququn tələbləri göz önündədir. Heç bir ağıllı iqtidar bizim öz ərazi bütövlüyümüzü bərpa etməyimizə qarşı çıxa bilməzdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya