Planetin "Taliban xəmiri"
Yusif Nəzərli
09:00 15.10.2021
Siyasət
674
Rusiyanın Əfqanıstandakı Taliban hökuməti ilə bağlı narahatlığı getdikcə artmaqdadır. Rusiya rəsmiləri xeyli silah- sursatı Əfqanıstanda qoyub çıxdığına görə ABŞ- ı tənqid ediblər. Əlbəttə, radikal qruplaşmanın haradan idarə olunduğu Kremlə sirr deyil. O da məlumdur ki, Vaşinqton Əfqanıstandan çıxmaqla Moskva üçün "saatlı bomba" hazırlayıb.
Əfqanıstan və Tacikistan arasındakı gərginlik isə Rusiya üçün ümumiyyətlə arzuolunan deyil. Çünki o, KTMT- nin nizamnaməsinə uyğun olaraq müttəfiqlərdən birinə təhdid yarandığı halda proseslərə müdaxilə etməlidir. Tacikistanla gərginliyin süni və məqsədli şəkildə yaradılması istisna deyil.
Ola bilsin, "dirijor" ABŞ- dır. Onun bu yolla şimal qonşumuzu müharibəyə çəkmək istəməsi mümkündür. Doğrudur, bu ehtimal azdır, lakin Rusiyanın gələcəkdə Əfqanıstana müdaxilə zamanı özünü bəraət qazandırması naminə "suları bulandırması" da utopik deyil.
Bu günlərdə Rusiya rəsmiləri MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş (XVİİ iclas) keçirib. İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Əfqanıstanda fəaliyyət göstərən terrorçulara hərbi təminatın qarşısı alınmalıdır. O, mövcud narahatlığı açıq- aşkar dilə gətirib: "Ölkədə humanitar vəziyyətin daha da pisləşməsinə icazə verməməliyik. Çünki bu, Mərkəzi Asiya istiqamətində miqrasiya axınının artmasına səbəb ola bilər".
Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin isə bildirib ki, MDB ölkələrinin kəşfiyyat orqanları Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın hərəkətlərini yaxından izləyir. "Vəziyyət ciddidir və Əfqanıstan ərazisindən gələn terror təhlükəsi daha da artıb. Xüsusi xidmətlər, hərbçilər bir sıra təhdidlərdən qorunmaq üçün qabaqlayıcı tədbirlər görürlər".- deyə, o, əlavə edib.
Əlbəttə, bu, həm KTMT ölkələrinə, o cümlədən Tacikistana, həm də ABŞ- a mesajdır. Rusiya müttəfiqlərinin nəzərinə çatdırır ki, narahat olmayın, baş verənlər nəzarərimiz altındadır. ABŞ- a göndərilən ismarıc belə başa düşülməlidir: sərhədlərim və müttəfiqlərim üçün təhlükə yaranmasın!
Bu arada Putinin sözçüsü Dmitri Peskovun oktyabrın 22-23- də KTMT ölkələrinin Tacikistanda hərbi təlimlər keçirməsi ilə bağlı açıqlaması isə xüsusi diqqət çəkir. Əlbəttə, bu, təsadüfi verilən qərar deyil. Moskva Talibana demək istəyir ki, mənimlə hesablaşmalısan.
Məlumata görə, müvəqqəti hökumətin xarici işlər naziri gələn həftə Moskvaya gedəcək. Çox güman, Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın gələcək fəaliyyəti barədə mövqeyini həmkarına çatdıracaq və onu gələcəklə bağlı təlimatlandıracaq. Ən azından buna çalışacaq.
Şübhəsiz, Türkiyənin də Talibanla bağlı başqa planları var.
Beləliklə, Taliban planetin "çox su aparacaq xəmirinə" çevirilib. Bu "xəmirdən" nəyin alınacağı isə hələlik məlum deyil.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm