
Politoloq: Azərbaycan qərəzli qərarlara qarşı mübarizə aparacaq
12:55 04.03.2024
Siyasət
475
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən bildirib.
Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.
Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladıb.
AŞPA-nın bu günki mövqeyinin yeni olmadığını vurğulayan politoloq Turab Rzayev “Sherg.az”a bildirib ki, istər 30 il ərzində, istərsə də 44 günlük müharibə və ondan sonrakı dövr ərzində biz AŞPA-dan bu cür qərəzli mövqe eşitmişik:

“AŞPA-da hər zaman mümkün qədər Ermənistanın maraqları müdafiə edilib. Azərbaycana qarşı isə əks mövqedən çıxış ediblər. Azərbaycan fərqli məsələləri gündəmə çıxarmaq üçün illərlə çalışdığı halda, Azərbaycan əleyhinə müharibə zamanı və sonrakı dövrdə hər həftə qətnamə qəbul edilirdi. Vurğulamaq lazımdır ki, AŞPA Avropa İttifaqı üçün qərarverici mexanizm olan qurum deyil. Sadəcə olaraq qərarları məsləhət və məşvərət xarakteri daşıyır. Yəni AŞPA Avropanın özündə belə ictimai xadimlərin, tanınmış şəxslərin və keçmiş biznesmenlərin müzakirə mərkəzi, elitar klub kimi fəaliyyət göstərir. Amma Azərbaycan əleyhinə vaxtaşırı belə qərarların qəbul edilməsi və fərqli Avropa ölkələri nümayəndələrinin orada imzasının olması bizim üçün heç bir halda xoş təəssürat bağışlamır. Azərbaycan isə buna qarşı mübarizə aparacaq və bu cür qərəzli qərarların gələcəkdə qəbul olunmasının qarşısını alacaq”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Özbəkistan dilləri daha da yaxınlaşacaq - Aqil Camal
20:47 25.08.2026
Gündəm
Peskovdan ABŞ-nin MKİ rəhbərinin Moskvaya səfərinə reaksiya
20:46 25.08.2026
Gündəm
Gədəbəy sakini qətlə yetirilib
20:18 25.08.2026
Hadisə
Bakı və Daşkənd vahid güc mərkəzi yaradır - TƏHLİL
19:57 25.08.2026
Gündəm
Məktəblərdə qadın müəllimlərin payı açıqlanıb
19:45 25.08.2026
Elm və Təhsil
Tramp: Hörmüz boğazındakı bütün minalar zərərsizləşdirilib
19:37 25.08.2026
Gündəm
Polad Bülbüloğlu üçüncü dəfə evləndi - FOTO
19:22 25.08.2026
Cəmiyyət
Ermənistanda orduda ölüm halları artır: Ekspert səbəbləri açıqladı
19:19 25.08.2026
Region
Ermənistan hərbçisinin asılmış meyiti tapılıb
18:57 25.08.2026
Region
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm