
Politoloq: Qarabağ münaqişəsi çoxdan başa çatıb
Politoloq: Qarabağ münaqişəsi çoxdan başa çatıb
Yusif Nəzərli
02:00 20.02.2024
Siyasət
367
ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir, ona ehtiyac yoxdur
Dövlət başçısı İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşündə təşkilatla bağlı irad və təklifləri diqqət çəkib. Qarabağ münaqişəsinin başa çatdığını vurğulayan Prezident qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir. Ölkə rəhbəri ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Ötən illərdə də dövlət rəhbəri Minsk qrupu haqqında qiymətini verib, sözünü deyib. Prezident Vətən müharibəsindən az sonra, 2020-ci ilin 12 dekabrında onların israrlı xahişindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmiş və Bakıya gələn “çağırılmamış qonaqlar”a dərs vermişdi.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir və birtərəfli qaydada həmsədrlərdən biri tərəfindən onsuz da ləğv edilib. Ekspertin sözlərinə görə, 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini demişdi:
"Rəsmi Moskva Ukrayna müharibəsi ilə əlaqədər olaraq digər həmsədrlər ABŞ və Fransanın onlarla birgə işləmədiyini əsas gətirərək bu addımı atmışdı. Bu gün isə Ermənistan tərəfindən qurumun canlandırılmasına çalışılır. Lakin dövlət başçısı İlham Əliyevin “Qarabağ münaqişəsi başa çatıb” arqumenti bu təşəbbüsü mümkünsüz edir. Ümumiyyətlə, münaqişə faktiki olaraq bitib. Qurum münaqişənin sülh yolu ilə həlli məqsədi ilə yaradılmışdı. Geridə qoyduğumuz 30 il ərzində həmsədrlərin regiona əhəmiyyətsiz səfərləri ilə buna nail oluna bilmədi. Əksinə, ildən-ilə Ermənistanın “konyak diplomatiyası”na aludə olan həmsədrlər ciblərini dolduraraq tərəfsizliyi itirdilər. Nəticədə İkinci Qarabağ müharibəsi başladı və proses Azərbaycanın hərbi yola əl atması ilə tənzimləndi".

Analitik vurğulayıb ki, bu gün “Dağlıq Qarabağ” adlı bir münaqişə yoxdur və belə olan təqdirdə bu qurumların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz:
"Diqqətçəkən digər məqam isə Prezident İlham Əliyevin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını vurğulamasıdır. Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub. Çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır. Nəticə etibarilə rəsmi Bakı keçmişin qalıqları olan və artıq bitmiş bir münaqişənin izlərini daşıyan qurumların fəaliyyət göstərməsini istəmir. Buna görə də haqlı tələb kimi adıçəkilən qurumların ləğvini tələb edir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm