Polşalı nümayəndə: “Ermənistanın aldadıcı təbliğatına son qoyulmalıdır”
Yusif Nəzərli
10:43 15.10.2022
Siyasət
441
“Mən gördüklərimdən çox təsirləndim və burada baş verənlərə kədərlənirəm. Bütün bu dəfn edilmiş cəsədləri görmək bir sözlə təsvir edə bilməyəcəyimiz faciədir”.
APA xəbər verir ki, bunu bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən Polşanın ikinci ən böyük partiyası Gənc Demokrtalar Partiyasının gənclər qanadının təmsilçisi Adrian Pexota deyib:
“Eşitdiyimə görə, o adamlar diri-diri basdırıblar. Bu, beynəlxalq hüquqa ziddir, Cenevrə Konvensiyasına ziddir. Bu bir daha təkrarlanmamalı olan bir faciədir və mən həqiqətən də bu cür təcrübələrin əleyhinəyəm. Burada 30 il əvvəl belə hadisələrin baş verdiyini görəndə həqiqətən ürəyim ağrıyır, bu, mənim üçün ağrılı bir şeydir və inanıram ki, azərbaycanlılar üçün həqiqətən də bu ağrı hələ də təzədir, aktualdır. Həqiqətən onlar üçün çox kədərlənirəm”.
“Polşada ermənilərin bəzi təbliğat xarakterli hərəkətləri var ki, bu da çox pisdir və hesab edirəm ki, biz reallığı söyləməli və göstərməliyik. Həqiqətən də mühazirələr də daxil olmaqla tədbirlər görməyi, geri qayıdanda universitetimizdə mühazirə oxumağı planlaşdırıram. Burada baş verənlərin fotolarını göstərməyi və burada öz gözlərimlə gördüklərimi danışmağı planlaşdırıram. Ermənistanın aldadıcı təbliğatına son qoyulmalı və Polşada insanlara müharibə reallığını, bayaq dediyim kimi hər hansı qanuna zidd olaraq insanları bu cür öldürən erməni əsgərlərinin qəddarlığı göstərilməlidir”, - deyə Adrian Pexota əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm