Prezident İlham Əliyev Paşinyanla görüşün şərtini açıqladı
14:57 28.09.2021
Siyasət
745
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə etiraz etmədiyini bildirib.
Azərbaycan Prezidenti bəyan edib ki, müharibə bitib və bölgənin sabitliyə ehtiyacı var.
“Ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu -Yorkda baş tutan görüşü dialoqun bərpa oluna biləcəyinin və prosesin sülh yolu istiqamətində irəliləməsinin yaxşı göstəricisidir. Ümid edirəm ki, görüşlər Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin, Cənubi Qafqaz regionunda əməkdaşlığın başlanğıcı olacaq”, - deyə Prezident İlham Əliyev Fransanın “France 24” telekanalına müsahibəsində vurğulayıb.
Azərbaycan Prezidenti yanvar ayında Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə Ermənistanın Baş naziri ilə görüşmək imkanı əldə etdiyini xatırladıb.
“Bu görüş postkonflikt sonrakı əməkdaşlığa həsr olunmuşdu. Pandemiya və digər səbəblərə görə (Ermənistanın Baş naziri ilə - red.) görüşmək imkanımız olmadı. Azərbaycan heç vaxt yüksək səviyyədə dialoqdan imtina etməyib. Bu əlaqələr sualları aydınlaşdırmağa imkan verir. Bizim mövqeyimiz aydındır: münaqişə həll edilib, geriyə qayıtmağa ehtiyac yoxdur, gələcəyə baxmaq lazımdır ”, - deyə Azərbaycan lideri vurğulayıb.
Jurnalist ölkə başçısından Ermənistanın baş naziri ilə görüşməyə hazır olub-olmadığını soruşub.
Prezident İlham Əliyev isə cavabında bəyan edib ki, ATƏT-in Minsk Qrupu belə bir görüş təşkil etmək təşəbbüsü ilə çıxış edərsə, buna etiraz etməyəcək.
Mənbə: “France 24”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə