Prezidentin çıxışı konkretdir! – “İran bu mədəniyyəti başa düşmür”
Prezidentin çıxışı konkretdir! – “İran bu mədəniyyəti başa düşmür”
Yusif Nəzərli
12:03 10.11.2022
Siyasət
343
“Azərbaycan həmişə İrana həssas yanaşaraq, uzun illər İsraildə səfirliyini açmırdı. Ermənistanın isə İsraildə səfirliyi var”
“Rəsmi Tehranın proseslərə qarışmaması və Azərbaycana qarşı əzələ nümayişi etməməsi üçün mesajlar verilir”
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib.
Ölkə başçısı bildirib ki, Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki, biz heç kimdən qorxmuruq:
"Bir sözlə, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq.
Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik.
Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm.
Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər.
Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək".
Çıxışın birbaşa İrana ünvanlandığını deyən Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl “Sherg.az”a vurğulayıb ki, burada İranın proseslərə qarışmaması və Azərbaycana qarşı əzələ nümayişi etməməsi üçün mesajlar verilir:
“Bu təbii ki,erməni məsələsi deyil. Çünki Ermənistan ordusu Azərbaycan əsgərləri tərəfindən məğlub edilib. Burada əsas məsələ kənar müdaxilədir. Yəni İranın proseslərə qarışmaması üçün mesajlar verilir.
Düzdür, ad çəkilmir. Lakin mesajın birbaşa kimə ünvanlandığını bilirik. Birincisi, Azərbaycan ordusu çox müasirdir və önəmli gücü var. İkincisi, beynəlxalq hüquqa görə Azərbaycan Qarabağda haqlıdır və doğru yoldadır.
Üçüncüsü isə 44 günlük Vətən müharibəsindən sonra bölgədəki vəziyyət dəyişib. Xüsusən Şuşa Bəyannaməsinin imzalanması ilə birlikdə Azərbaycan və Türkiyənin əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib.
Digər tərəfdən Azərbaycan həmişə İrana həssas yanaşaraq, uzun illər İsraildə səfirliyini açmırdı. Ermənistanın isə İsraildə səfirliyi var. Lakin görünən odur ki, İran bu həssasiyəti və mədəniyyəti başa düşmür.
Mədəniyyəti başa düşməyən ölkəyə də lazımlı cavab verilməlidir. Ona görə də Prezidentin çıxışı olduqca konkret və yerində cavabdır. Ondan gözlənilən də bu idi. Bu mesajların məhz Şuşadan verilməsi isə Azərbaycanın qərarlılığını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm