Putin Azərbaycanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan da daxil olmaqla, bir sıra xarici ölkələrin liderləri və vətəndaşlarını təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib.

Məlumatda deyilir ki, Vladimir Putin qələbənin ildönümü münasibətilə Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan liderlərinə, eləcə də Moldova və Gürcüstan xalqlarına təbrik mesajları göndərib.

Rusiya lideri bu günün arxa cəbhədə çiyin-çiyinə çalışan və cəbhədə vuruşan ata-babalara minnətdarlıq və hörmət əlaməti olduğunu, saysız-hesabsız əzablar və qurbanlar bahasına nasizm işğalı üzərində çoxdan gözlənilən qələbəni yaxınlaşdırdığını vurğulayıb.

Rusiya lideri Moldova və Gürcüstan xalqlarına müraciətində müharibə illərinin hadisələrinin xatirəsini qorumağa, eləcə də xalqları birləşdirən qarşılıqlı yardım və dostluq kimi yaxşı ənənələri gələcək nəsillərə ötürməyə çağırıb.

Vladimir Putin həmçinin veteranları və arxa cəbhə işçilərinə təbriklərini çatdıraraq onlara möhkəm cansağlığı, uzun ömür və xoş əhval-ruhiyyə arzulayıb.