Putin gerçəklik hissini itirib
Yusif Nəzərli
23:30 18.04.2022
Siyasət
732
Rusiya ordusu “Babalar ordusu”ndan “Uşaqlar ordusu”na keçdi
Rusiya ordusu Ukraynanın işğalında üzləşdiyi böyük itkilərin yerini doldurmaq üçün uşaqlardan istifadə etməyə başlayıb. Bundan öncə rəsmi Kreml ehtiyatda olan hərbi qulluqçuları, hansı ki aralarında yaşı 60-ı haqlamış keçmiş hərbçilər çoxluq təşkil edirdi, gah “könüllülər”, gah da “babalar ordusu” adı altında hərbi əməliyyatlara cəlb etmişdi. İndi isə “uşaqlar – nəvələr ordusu” formalaşdırır.
"Şərq” “Milliyet.com”a istinadən bildirir ki, rəsmi Kreml bu məqsədlə “vətənsevərlər cəmiyyətləri”ndən istifadə edir. İnsan haqları təşkilatları Kremlin şərqi Ukraynada əsgər sayını artırmaq üçün hərbi xidmət yaşı çatmamış yeniyetmələri, əsasən də gənclər klublarının üzvlərini orduya cəlb edir.
Burada daha çox adı hallanan “Vətənsevərlər klubu”dur. Bu klub 2014-cü ildə Rusiyanın Luqansk və Donetski işğalından sonra “ölkəni tanıtmaq” kampaniyasının bir hissəsi olaraq qurulub.
Bu klublar “beyinyuma” mərkəzləri kimi də tanınır. Ukrayna rəsmiləri BMT-yə müraciət edərək Rusiyanın “uşaq əsgərlər”dən istifadə etməsini araşdırmasını tələb edib. İnsan haqları təşkilatlarının bildirdiyinə görə, rus uşaqlara silahla davranma, güllə atışı təlimləri keçilir və cəbhəyə göndərilir. Cəbhəyə göndərilənlərdən bəzilərinin həyatını artıq itirmiş olması da ehtimallar sırasındadır.
Bu ehtimalları rus uşaqlarına aid döş nişanlarının Ukraynadakı döyüş bölgələrində aşkarlanması artırır. Ukrayna parlamentinin insan haqları komissarı Lyudmila Denisova deyib ki, “vətənsevərlər klubu” adı altında beyinyuma mərkəzləri olaraq fəaliyyət göstərən təşkilatlar 2015-ci ildən sonra daha da aktivləşdi.
Bu klublara üzv edilən uşaqlara silahla davranış qaydaları öyrədilir. Halbuki, bu, beynəlxalq hüquqla qadağandır. Uşaqların orduya cəlb edilməsi Cenevrə konvensiyasına ziddir və insan haqlarının kobud pozulmasıdır.
Ötən həftə Moskvada Putinlə görüşən Avstriya kansleri Karl Nehammer Putinlə görüşdən sonra “Rusiya lideri gerçəklik hissini itirib, həqiqətdən çox uzaqlaşıb”, məncə, Putin artıq şəxsi müharibə məntiqiylə hərəkət edir. Müharibəni qazandığına özünü inandırıb”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual