"Putin köhnə modelə qayıtdı" – Postundan ikiəlli yapışıb
Fidan Həmişəyeva
14:10 11.03.2020
Siyasət
751
“Konstitutsiya dəyişikliklərindən sonra ona yenidən prezident seçilmək imkanı saxlandı”
Elxan Şahinoğlu: “Əslində bu məqam Rusiya üçün böyük təhlükədən xəbər verir. Deməli, nə vaxtsa, Putin olmayanda həqiqətən Rusiyanı çox böyük təlatümlər gözləyə bilər”
Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirak edəcək. O, bu barədə Dövlət Dumasında Konstitusiyaya düzəlişlərlə bağlı çıxışında deyib. Putin həmçinin bildirib ki, Konstitusiya məhkəməsinin qanunvericiliyə zidd hesab etmədiyi və müvafiq qərarı təsdiqlədiyi təqdirdə düzəliş mümkündür. Lakin bundan əvvəl Rusiya vətəndaşları düzəlişlərin qəbulu ilə bağlı fikirlərini bildirməlidirlər.
Daha öncə Putin prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılması fikrini dəstəkləmədiyini də bildirmişdi.
Rusiya liderinin çıxışını “Sherg.az” şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putin konstitutsiyaya dəyişikliklərin zərurətini vurğulayanda federal şura qarşısında bir şəxsin 2 dəfədən çox prezident seçilmədiyini vurğulamışdı:
“Putinin prezidentlik müddəti 2024-cü ildə bitirdi və onun 4-cü prezidentliyidir. O, 4 il fasilə verərək baş nazir vəzifəsində çalışdı. Düşünürdü ki, bəlkə, özündən sonra güclü prezident olmayacaq.
Ona görə də uzun müddət dövlət başçısı vəzifəsini daşımasın. Sonra isə düşündü ki, görəsən prezidentlikdən gedəndən sonra 2024-cü ildə təsir imkanlarının qalması üçün nə etsin? Bu haqda bir neçə variant səsləndirildi.
Deyirdilər ki, bəlkə, Putin baş nazir olacaq və parlamentin səlahiyyətləri artacaq. Ya da dövlət şurasının rəhbəri olacaq. Sonda Putin əlacsız qalıb yenidən köhnə modelə qayıtdı. Yəni konstitutsiya dəyişikliklərindən sonra ona yenidən prezident seçilmək imkanı saxlandı. Deməli, Putin 2024-cü ildən sonra yenidən namizədliyini versə, 2036-cı ilə qədər iki dəfə ard-arda prezident seçilə bilər.
Əslində heç nə dəyişmədi. Putinin çıxışından belə başa düşdüm ki, o olmasa, Rusiya dağıla bilər. Rusiyaya güclü əl və prezident lazımdır. Əslində bu məqam Rusiya üçün böyük təhlükədən xəbər verir. Deməli, nə vaxtsa, Putin olmayanda həqiqətən Rusiyanı çox böyük təlatümlər gözləyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya