Putin-Paşinyan görüşü:“Vladimir Nikolu sıxışdıracaq ki...”
Putin-Paşinyan görüşü:“Vladimir Nikolu sıxışdıracaq ki...”
Yusif Nəzərli
12:16 11.10.2021
Siyasət
339
“O, Rusiyanın cızdığı çərçivədən kənara çıxmamağa cəhd etməsin”
Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin görüşəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, görüş oktyabrın 12-də Moskvada baş tutacaq: "Bəli. Belə bir görüş hazırlanır".
2021-ci ildə Putin və Paşinyan arasında üç görüş keçirilib, onlar 10 dəfədən çox telefonla danışıblar. Qeyd edək ki, ötən həftə Paşinyanın mətbuat katibi Mane Gevorkyan Moskvada Putin-Paşinyan görüşünün yaxın günlərdə baş tutacağını bildirmişdi.
Görüşü şərh edən siyasi elmlər doktoru, professor Sabir Məmmədli vurğulayıb ki, regionda yaranmış vəziyyət Rusiyanın narahatlığına səbəb olur, həmçinin bəzi şərtləri müəyyənləşdirməyə məcbur edir:
“Məlumdur ki, sərhədlərin demarkasiyası gündəmdədir və Rusiya tərəfi də bunu dəfələrlə vurğulayıb. Bu baxımdan görüş zamanı ilk olaraq sərhədlərin demarkasiyası müzakirə olunacaq. Rusiyanın istəyi bu prosesdə birbaşa iştirak etməkdir.
Bundan başqa Zəngəzur dəhlizi ilə bağlı məsələ də gündəmə gələcək. İstənilən halda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşündən sonra öz mövqeyini açıq şəkildə ortaya qoyması bu məsələni aktuallaşdıracaq. Son vaxtlar Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə əlaqədar olaraq üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun gəlməyən açıqlamalar verir. Hətta bu istiqamətdə müəyyən addımlar da atır. Məsələn, İranla yaxınlaşmanı xüsusi qeyd edə bilərik. İran fars körfəzi və Qara dəniz sahillərinə çıxmaq üçün kommunikasiya xəttinin açılmasına can atır. Artıq bu prosesdə Ermənistan və İranla müəyyən razılaşmaların olduğu deyilir.
Bu mənada Zəngəzur dəhlizi bütövlükdə Rusiyanın maraqlarına daha çox uyğun gəlir, nəinki fars körfəzi və Qara dəniz kommunikasiya xətti. Ermənistan isə həmin xəttin açılmasına müsbət baxır. Ona görə də görüşdə sözsüz ki, bu məsələ müzakirə ediləcək. Zəngəzur dəhlizinin açılması Rusiyanın maraqlarına daha yaxındır. Çünki Zəngəzur dəhlizi Rusiyanın regionda tənzimləyici funksiyanı yerinə yetirməsinə imkan verir”.
S.Məmmədli qeyd edib ki, son vaxtlar İranın Azərbaycana qarşı ittihamları Rusiyanı İranın regionda fəallaşmaq cəhdi baxımından narahat edir:
“Rəsmi Moskva təbii ki, İranla razılaşmır və bunu Paşinyanın Moskvaya səfəri zamanı da qeyd edəcək. Ümumilikdə görüş zamanı Putin Paşinyanı sıxışdıracaq ki, o, Rusiyanın cızdığı çərçivədən kənara çıxmamağa cəhd etməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya