
Putinin Paşinyandan soracağı suallar var
Yusif Nəzərli
07:17 19.04.2022
Siyasət
1363
Kreml Qarabağ danışıqlarının nəzarətindən çıxmasından narahatdır
Rusiya Prezidenti Vladimir Putin aprelin 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağla bağlı müzakirələr aparacaq. Kremlin mətbuat xidmətindən bildirilib ki, danışıqlar zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağa dair razılaşmaların icrasının gedişatını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlər barədə fikir mübadiləsi aparacaqlar. Tərəflər həmçinin ikitərəfli gündəmdə dayanan aktual məsələləri də müzakirə edəcəklər.

Hərbi-siyasi ekspert Həşim Səhrablı "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya tək regionda yox, bütün dünyada güclü ölkələrdən biridir:
"Düzdür, Rusiya-Ukrayna müharibəsi fonunda Kreml çox ciddi hərbi və iqtisadi zərbələr ala bilər. Amma bu, hələ də qüvvəsini tam olaraq itirməsi anlamına gəlmir. Yenə də onun dünyada və Cənubi Qafqaz regionunda təsir imkanları çox genişdir. Qarabağ məsələsində Rusiyanın bu canfəşanlığı da tamamən dövlətin imperial maraqlarından irəli gəlir. Hələ də birinci Pyotrdan qalan və tam olaraq bərqərar olunmayan imperiya maraqları Rusiya dövlətinin xarici siyasətində prioritet təşkil edir. Qarabağ məsələsinin həlli Rusiya üçün arzuolunmaz haldır. Çünki rəsmi Moskvanın Cənubi Qafqaz üzərində təsir imkanlarını qoruyub, saxlaması üçün ilk növbədə onun Qarabağ məsələsinə ehtiyacı var. Kreml çalışır ki, ya problem həll olunmayıb, davam etsin, ya da Rusiyanın istəkləri fonunda bölgədəki hegemonluğunu itirməsin. Ona görə də Rusiya hazırda Qərb tərəfdən dəstəklənən Paşinyan iqtidarının Ermənistandakı siyasi düşüncəni dəyişməsindən narahatdır. Yəni Paşinyana qədər görürdük ki, Ermənistan iqtidarları heç bir şəkildə Qarabağ məsələsində Azərbaycanla masaya oturmayıblar, əyləşdikdə isə cəfəngiyat istəklərlə çıxış ediblər. Amma artıq Paşinyan özü də beynəlxalq hüququ dərk edir. Həmçinin onun prinsiplərindən yola çıxaraq bu problemin həll edilməsinə razı təsiri bağışlayır. Rəsmi Moskva da artıq Qarabağ probleminin tezliklə Rusiyanın təsirlərindən, istəklərindən kənarda həlli yolunu tapmasından narahatdır.
Eyni zamanda Qarabağ probleminin həllindən sonra Azərbaycan Rusiya ilə ikili münasibətlərdə balans siyasətini elə quracaq ki, Kremlin "nazı ilə oynamaqdan" daha çox artıq maraqlardan çıxış etmək gücündə olacaq. Ermənistan isə ölkədə olan Rusiya təsirini əhəmiyyətli dərəcədə qıracaq. Yəqin ki, Moskvada Qarabağ məsələsinin ardından Gümrü hərbi bazasının da Ermənistanda bağlanma təhlükəsi ehtimalını hesablayırlar.
Çünki Paşinyan daha sonra əsas xarici siyasət məsələsi kimi Gümrü hərbi bazasının əngəllənməsini Rusiyanın təsirindən çıxmaq üçün istəyəcək. Bu şəkildə Ermənistan öncə Gümrü bazasının bağlanmasını, daha sonra KTMT-dən çıxmasını gündəmə gətirə bilər. Bunlar hamısı Rusiyanın imperial maraqlarının məhv edilməsi deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya