“Qafqazda sülhü təhdid edən qüvvə Rusiyadır”
Banuçiçək Kalbalıyeva
11:32 06.08.2021
Siyasət
573
“Kreml isə özünü “sülh göyərçini” kimi göstərsə də, əslində quzğuntək şığımağa hazırdır”
“Bakı ilə Ankara arasında “Şuşa bəyannaməsinin” imzalanması Kremli narahat edir
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Ermənistan- Azərbaycan sərhəddindəki vəziyyət barədə danışıb. O, bildirib ki, Rusiya iki dövlət sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir.
Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək”.
Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında Kremlin qeyri- səmimi olduğunu dedi:
“Həmişə belə olub- Moskva özünü “sülh göyərçini” kimi təqdim etsə, əslində təxribatların arxasında məhz Rusiyanın xüsusi xidmət orqanları dayanır. Hamı yaxşı bilir ki, İrəvan müstəqil deyil, yarımazad dövlətdir. Rusiya Qafqazda möhkəmlənmək üçün Ermənistandan yararlanır. Çünki Gürcüstana gücü çatmır, Moldova əlindən çıxıb. Şimal qonşumuz Qafqazda möhkəmlənmək üçün hətta ölkəsini dağıdacaq addımlar atır. Rusiya uzağı görmək istəmir”.
C.Nuriyev, həmçinin Azərbaycan nə etməli olduğu barədə danışdı:
“Biz müharibə bitəndən dərhal sonra yekun sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirmişdik. İndi sərhədlərin müəyyənləşməsi prosesi gedir. Ermənistan uzun illər tapdaq altında saxladığı torpaqların əlindən çıxacağına görə narahatdır. Ona görə də həmin əraziləri özündə saxlamaq istəyir. Kreml isə özünü “sülh göyərçini” kimi göstərsə də, əslində quzğuntək şığımağa hazırdır.
Bakı ilə Ankara arasında “Şuşa bəyannaməsinin” imzalanması Kremli narahat edir. Türkiyədə yanğınların davam etdiyi bir zamanda İran və Rusiyanın fəallaşması heç də təsadüfi deyil.
Tehran Mehri azad iqtisadi zonasının yaradılmasına çalışır, Moskva isə hər gün bir bəyanat verir. Lakin əslində Qafqazda sülhü təhdid edən ən böyük qüvvə məhz şimal qonşumuzdur.
Lakin Rusiya bilməlidir ki, Azərbaycan on il əvvəlki Azərbaycan deyil. Biz bəyanatlara fikir vermədən, uğurlu xarici siyasətimizi davam etdirməliyik. Rusiya onsuz da gec-tez dağılmağa məhkumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm