Qarabağa düşən kölgə! - Kremlin əli düşmənin çiynindədir
Turan
20:14 10.09.2021
Siyasət
739
Səhnə arxasında ciddi mübarizə gedir. Bakı-Moskva arasında gərginlik hiss olunmaqdadır
“Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri diqqətlə izləyirik”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN sözçüsü təəssüflə qeyd edib ki, Qarabağ nizamlanmasında tərəflər arasında siyasi məsələlərlə bağlı prinsipial fikir ayrılıqları qalır. Ona görə də Moskva indiki mərhələdə üçtərəfli bəyanatların bütün bəndlərinin ciddi şəkildə icrasını prioritet hesab edir: “Bura ilk növbədə atəşkəs rejiminə riayət olunması, kompleks humanitar problemlərin həlli, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması aiddir. Ümid edirik, məlum addımlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün şərait yaradacaq və yekun siyasi nizamlanmaya çıxaracaq”.
Zaxarova qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi zonada hansısa əhəmiyyətli pozuntular qeydə alınmayıb: “Bunu həm Bakı, həm də İrəvanda təsdiq edirlər. Biz öz tərəfimizdən Qarabağda atəşkəs rejimini etibarlı təmin edən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında müntəzəm olaraq məlumat veririk. Azərbaycan-Ermənistan sərhədində vəziyyətlə bağlı qiymətləndirmələrimizi bölüşürük. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı işlər barədə məlumatlandırırıq. Ümumilikdə, Bakı və İrəvan arasında münasibətlərin sağlamlaşdırılmasına istiqamətlənən vasitəçilik səyləri barədə ictimaiyyətə və KİV-ə açıqlamalar verilir”.
Rusiya XİN təmsilçisi üçtərəfli bəyanatının bir illiyinə dair geniş hesabat hazırlanacağını da vurğulayıb: “Hesabatda üçtərəfli bəyanatın icrası ilə bağlı kompleks qiymətləndirmə yer alacaq”.
Mariya Zaxarovanın bəyanatını şərh edən siyasi şərhçilər hesab edirlər ki, Rusiya XİN başçısı Sergey Lavrov kimi qurumun sözçüsü Zaxarovanın da əksər açıqlaması ikibaşlı, ziddiyyətli olur. Hər ikisinin də fikirlərinin müəyyən hissəsi normal sayılsa da, mütləq neqativ tərəfləri də olur. Sülhdən, əməkdaşlıqdan, üçtərəfli bəyanatın vazkeçilməz sənəd olmasından danışan Zaxarova “status” məsələsini də gündəmə gətirməyi unutmayıb. Maraqlıdır ki, XİN təmsilçisi Moskvanın prosesi diqqətlə izlədiyini desə də, “statusla” bağlı müzakirələrin kimlərin arasında, hansı formada getdiyinə dair heç nə söyləməyib.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Şərq”ə açıqlamasında deyib ki, Rusiya rəsmilərinin hər açıqlamasında ikili standart və bariz riyakarlıq aydın görünür. Analitikə görə, Moskva mütəmadi olaraq Qarabağın “status” məsələsinin müzakirə predmeti olduğunu gündəmə gətirir:
“Kreml bununla Azərbaycana mesaj verir ki, Rusiya üçtərəfli sazişin şərtlərinə dair öhdəliyinin fərqində olsa da, bölgənin “status” söhbətini gözardı etmək fikrində deyil. Demək istəyirlər ki, Qarabağ problemi rəsmi Bakının nəzərində bitmiş sayılsa da, Moskva üçün davam etməkdədir. Bu, Rusiyanın birbaşa təsir mexanizmidir.
Xatırlayırsızsa, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin belə bir cümlə işlətmişdi ki, “Dağlıq Qarabağın status” məsələsi müəyyən olunmayana kimi bölgədə gərginlik və status-kvo davam edəcək. Kreml rəhbəri bunu vurğulamaqla ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəruri olduğuna da diqqət çəkir.
Doğrudur, Rusiya regionda özünə hansısa alternativ güc, rəqib istəmir. ABŞ və Fransanın bölgədəki proseslərə müdaxiləsi Moskvanın planlarını poza bilər. Minsk qrupu və “status” məsələsini davamlı vurğulamaqda məqsəd birbaşa rəsmi Bakıya təzyiq göstərməkdir. Heç nəyə məhəl qoymadan prosesləri qabaqlamalıyıq. Azərbaycan tərəfi gedişatı özü müəyyənləşdirməlidir”.
N.Mirinin fikrincə, Gorus-Qafan yolunun bağlanılması, Laçında Türkiyə-Azərbaycan qoşunlarının birgə hərbi təlimləri kimi addımlarla qətiyyətli mövqeyimizi ortaya qoymalıyıq:
“Ermənistan və onun havadarları rəsmi Bakının yaratdığı proseslərin arxasınca sürünməlidir. Səhnə arxasında ciddi mübarizə gedir. Bakı-Moskva arasındakı gərginlik hiss olunmaqdadır. Ermənistan bu vəziyyətdən öz xeyrinə istifadə edərək hiyləgər siyasət yeridir. Azərbaycan və Türkiyəni Rusiya ilə üz-üzə qoymağa çalışır. Diktə edən tərəf Azərbaycan olmalıdır, çünki qalib ölkə bizik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media