“Qazaxıstan Qarabağdakı yenidənqurma işlərində...” – AKTUAL
Banuçiçək Kalbalıyeva
13:17 21.06.2021
Siyasət
553
Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin qoyduğu qeyd olunub. Bildirilib ki, hazırda bu siyasəti Azərbaycanın və Qazaxıstanın dövlət başçıları uğurla davam etdirirlər.
Prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulanıb. Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olunub. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirilib.
Görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramovla qazaxıstanlı həmkarı arasında birgə mətbuat konfransı keçirilib.
Politoloq İlqar Vəlizadə görüşün əhəmiyyəti barədə “Sherg.az”a danışdı:
“Bizim münasibətlərimiz həmişə yüksək dinamika ilə seçilib. İkinci tərəfdən, belə təmaslar adətən əlamətdar tədbirlər ərəfəsində olur. Avqustda Moskvada Xəzər dənizi ölkələrinin iqtisadi forumu keçiriləcək.
Şübhəsiz ki, bu görüş həm də həmin tədbirlə bağlıdır. Yəni müzakirələrdə Xəzər dənizinin statusu məsələsi xüsusi əhəmiyyət kəsb edib”.
İ.Vəlizadənin fikrincə, yaxın həftələrdə dövlət başçıları da görüşəcəklər:
“Belə səfərlər həm də prezidentlərin görüşünün xəbərçisidir. Yaxın gələcəkdə İlham Əliyevin qazaxıstanlı həmkarı ilə görüşəcəyini istisna etmirəm. O zaman Xəzərin statusu ilə yanaşı, həm də müharibədən sonra bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi durum müzakirə ediləcək. Bildiyiniz kimi, Qazaxıstan Qarabağdakı yenidənqurma işlərində iştirak etməkdə maraqlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur