"ABŞ Prezidenti Donaldra Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə dəvət etməsindən qürur duyuruq".
Sherg.az xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı səfiri Edil Baysalov bildirib:
"Hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, G20 liderlərinin sammitinin bu ilin 14-15 dekabr tarixlərində Mayamidə keçirilməsi nəzərdə tutulub.