
Qlobal geosiyasi çağırış: Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir
Yusif Nəzərli
13:49 23.11.2022
Siyasət
480
Prezident İlham Əliyev dünən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib. Dövlət başçısı Ermənistanla münasibətlər barədə da danışıb. O, bildirib ki, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir:

“Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir”.
Məlum olduğu kimi, İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu yeni reallıqların müəllifi Azərbaycandır.
Artıq münaqişə səhifəsi geridə qalıb. İndi rəsmi Bakının prioriteti regional əməkdaşlıq mühitini, bölgədəki sabitliyi təmin etməkdir. Bu, post-münaqişə dövrünün tələbidir. Prezident İlham Əliyevin dünən verdiyi mesajlar da məhz bu kontekstdən qiymətləndirilməlidir.
Təkcə regional proseslər yox, bütünlüklə dünyada baş verən geosiyasi hadisələr onu deməyə əsas verir ki, Ermənistan Azərbaycnın şərtlərini yerinə yetirməli, sülh müaviləsini imzalamalıdır.
Çünki uzun illər Ermənistanın “çətiri” rolunu oynayan Rusiyanın başı artıq Ukrayna ilə müharibəyə qarışıb. Rəsmi Moskva tədricən zəifləyir və sivil dünyadan təcrid olunur.
Həmçinin Cənubi Qafqazda Qərblə Kreml arasında gedən mübarizə ən çox Ermənistana təsir edir. İrəvanın iki tərəf arasında manevr etməkdən başqa yolu yoxdur. Bu isə uzaq perspektiv üçün keçərli deyil.
Üçüncüsü, Türkiyə faktorunu nəzərə almaq lazımdır.
Ankara ilə diplomatik münasibətlərin bərpasını arzulayan İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışmalıdır. Çünki əks halda İrəvan - Ankara münasibətlərindən söhbət gedə bilməz.
Beləliklə, hazırda Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi və yekun sülh müqaviləsini imzalaması qlobal geosiyasi çağırışa çevrilib. İrəvanın bu çağırışa etinasız yanaşması onun üçün çox ağır perspektiv vəd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm