“Qoşulmama Hərəkatı Azərbaycanın haqq işini dünyaya tanıtdı”
Fidan Həmişəyeva
15:22 13.07.2021
Siyasət
1174
“Bu qurum üzvü olan dövlətlərin haqlarını qorumağı bacardı”
“Sözügeden təşkilatla əməkdaşlığımızı davam etdirməliyik”
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edib. Ölkə başçısı 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edildiyini xatırladıb:
“Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında böyük hörmət və etimad qazandı. Mən Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqları naminə əməli addımlar atacaq.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün ətraflı və ambisiyalı fəaliyyət planı qəbul etmişdi”.
Azərbaycanın qısa zamanda bu təşkilatda yüksək nüfuz qazanması iki il əvvəl onun Qoşulmama Hərəkatına sədr olmasına imkan verib. Bu qurumun 44 günlük müharibədə dövlətimizə ciddi dəstəyi məlumdur. Bununla əlaqədar müvafiq bəyanatların verildiyi də bəllidir. Məhz belə bəyanatlar Ermənistanın siyasi arenada ciddi məğlubiyyətinə səbəb oldu.
Qoşulmama Hərəkatının BMT-dən sonra dünyada ikinci böyük təşkilat olduğunu deyən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, bu quruma üzv olan dövlətlərin əksəriyyəti dünya siyasətində xüsusi güc və qüdrətə sahibdir:
“Azərbaycan hazırda dövlət kimi bu hərəkata başçılıq edir. Qoşulmama Hərəkatı 44 günlük müharibə vaxtı məhz ölkəmizin haqq işini qorudu, Ermənistan və onun tərəfdarlarının Azərbaycanın əleyhinə qəbul etmək istədikləri qətnaməni gündəlikdən çıxartdılar. Bu, Ermənistan və havadarlarının dünya miqyasında ilk ciddi məğlubiyyəti idi. Çünki indiyə qədər heç kəs ermənilərin yürütdüyü anti-Azərbaycan siyasəti ilə bağlı ciddi addımlar ata bilməmişdi”.
C.Nuriyev qeyd edib ki, Azərbaycan Prezidenti dəfələrlə Qoşulmama Hərəkatının hüquqları barədə ciddi bəyanatlar verib:
“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərkən dünyada siyasi söz sahibi olan ölkələrdən birinə çevrilib. Nə üçün bu durumdan yararlanmayaq ki? Ölkə başçısı çox uğurla Qoşulmama Hərəkatının nizamnaməsinə uyğun olaraq beynəlxalq hüquqi müstəvidə Azərbaycanın haqq işini həm dünyaya tanıtdı, həm də bu qurumun üzvü olan dövlətlərin haqlarını qorumağı bacardı. Bu təşkilatla əməkdaşlığımızı davam etdirməliyik. Multikultural dövlət kimi müharibə istəmirik, ancaq kimsəyə də imkan vermərik ki, ərazilərimizi zəbt etsinlər. Düzdür, torpaqlarımız uzun müddət işğal altında qaldı. Bu da məhz ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinin nəticəsi idi. Amma dövlətimiz bu duruma da son qoydu. Düşünürəm ki, Qoşulmama Hərəkatı ilə əməkdaşlığımıza davam etməli, eyni zamanda dünyada sülhsevər bir xalq kimi missiyamızdan vaz keçməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual