
Reallığı nəzərə almaq lazımdır - ŞƏRH
11:09 02.05.2024
Siyasət
596
Ən azından indiki siyasi və beynəlxalq konyuktura yerdə qalan 4 kəndin qaytarılması üçün hələlik uyğun deyil
Başkənd Gədəbəy rayonu ərazisində XIX əsrin ortalarında salınmış və indiki Ermənistan sərhədindən 18 km aralıda Azərbaycan ərazisində yerləşən bir kənddir. Başkəndin Ermənistanın işğalı altında qalan digər Azərbaycan eksklavları ilə dəyişdirilməsi ideyasını ilk dəfə Nikol Paşinyan 2021-ci il seçkiləri zamanı səsləndirib. Lakin Azərbaycanın rəsmi dairələri tərəfindən bu ideyaya heç bir münasibət bildirilməyib. 5 min hektar ərazini əhatə edən Başkənd bütün müasir Ermənistan ərazisi kimi tarixi Azərbaycan torpağıdır. Hazırda sərhədlərin müəyyənləşdirilməsi üzrə aparılan danışıqlarda əldə olunmuş razılaşma ondan ibarətdir ki, bu mərhələdə yalnız Azərbaycan-Ermənistan sərhədində yerləşən və işğal altında olan, eksklav olmayan 4 kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılması qərara alınıb. Azərbaycan dövlətinin təklifi ilə eksklav ərazilərin taleyinin delimitasiya prosesinin daha sonrakı mərhələlərində tərəflər arasında müzakirə olunması qərara alınıb. Ona görə də müxtəlif ictimai diskussiya məkanlarında və mətbuat vasitələrində ərazi mübadiləsi ilə bağlı irəli sürülən iddialar əsassızdır. Heç şübhə yoxdur ki, Azərbaycan hökuməti bütün məsələlərin, o cümlədən eksklavların qaytarılması məsələsinin milli maraqlarımıza uyğun şəkildə həll olunmasını təmin edəcək.
Politoloq Turab Rzayev deyib ki, o, bu məsələyə reparasiya nöqtəsindən yanaşmağın tərəfdarıdır. Ermənistan Qarabağı və ətraf əraziləri işğalda saxladığı müddətdə bizə sülh qarşılığında Qarabağdan, hətta Kəlbəcər və Laçından imtina etməyi şərt qoymuşdu. Ekspert vurğulayıb ki, indi isə müharibədə qalib tərəf bizik:

"Ermənistan biabırçı şəkildə məğlub olub. O halda sülh niyə "müftə" olmalıdır. Ermənistan bizim ərazimizdə bizdən Qarabağı istəyirdisə, biz niyə Ermənistanın 29.8 min kvadrat kilometrini tanımaq üçün ən azı Başkəndi istəməyək?! Nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə qalib dövlət kimi Başkəndi tələb etmir. Qarabağın infrastrukturuna vurulmuş milyardlarla dollar zərər, Qarabağın ekologiyasına dəymiş ziyan, qiymətli metalların daşınması, müharibə cinayətləri, 30 il ərzində bir milyon qaçqın və məcburi köçkünlərin yaşadığı maddi və mənəvi çətinliklər Ermənistanı müttəhim kürsüsünə əyləşdirmək üçün kifayətdir. Elə təkcə müharibə səbəbkarı olmaq və təcavüzkarlıq özü maddi-mənəvi və ərazi təzminatı, reparasiya üçün səbəbdir. Ancaq məhəlli reallığı da nəzərə almaq lazımdır. Ən azından indiki siyasi və beynəlxalq konyuktura yerdə qalan 4 kəndin qaytarılması üçün hələlik uyğun deyil. Bunun üçün Ermənistanla siyasi, iqtisadi, vətəndaş cəmiyyəti əlaqələrinin inkişaf etməsi, yaxud beynəlxalq geopolitik vəziyyətin şərtləri bizim xeyrimizə dəyişməsi lazımdır. Bu səbəbdən bir müddət digər 4 kənd və Başkənd məsələsinin əsas müzakirə mövzusu olmayacağını düşünürəm".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya