Rəsmi Bakı: Xankəndidə Ayvazovskinin büstünün sökülməsi düzgün və qanunauyğundur
20:37 31.07.2025
Siyasət
451
Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli mətbuatın suallarına cavabında deyilir.
Qeyd olunub ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasiyasına qoşulur.
Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi “abidələrin” sökülməsi məntiqli, düzgün və qanunauyğundur.
Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.
Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.
Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.
Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.
TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur