Revanşistlərə daha sərt xəbərdarlıq edildi
Yusif Nəzərli
08:11 01.02.2022
Siyasət
622
Ruslar Qarabağdakı erməniləri zorla saxlaya bilməyəcəklər
"Könüllü surətdə Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər istisna olmaqla bütün separatçılar, silahlı quldurlar torpaqlarımızı birdəfəlik tərk edəcəklər"
Prezident İlham Əliyev Gəncə şəhərində səfərdə olarkən növbəti dəfə Ermənistan rəhbərliyinə xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, biz sadəcə öz torpağımızı azad etmədik, həm də regionu vəhşi xislətli qüvvələrdən təmizlədik: “İndi onlar boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin.
Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Prezidentin məhz indiki məqamda Ermənistanda xəbərdarlıq mesajını “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, dövlət başçısı zaman-zaman Ermənistandakı revanşistlərə xəbərdarlıq edir. Professorun qənaətincə, Gəncədəki bəyanat əvvəlkilərdən daha sərt idi:
“Prezident konkret İrəvana xəbərdarlıq etdi ki, neofaşizmin baş qaldırmasına imkan verilməyəcək. Erməni faşizminin hədəfi sadəcə biz deyilik. Ermənilər Gürcüstana, Türkiyəyə, Rusiyaya da ərazi iddiaları ilə çıxış edirlər. Rusiyanın Krasnodar vilayətinə “yiyə” çıxırlar. Əfsuslar olsun ki, bugünədək ancaq ayrı-ayrı siyasətçilər səviyyəsində Ermənistanın sərsəm iddialarına cavab verilib. Görünür, Rusiyanın müəyyən kəsimlərində Ermənistandakı revanşist gücləri dəstəkləyən qüvvələr var. Ermənistanda Armen Sarkisyanın istefasından sonra revanşist qüvvələr daha çox iddialar ortaya qoyurlar. Yenidən Qarabağa “status” məsələsindən danışırlar. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin tanınması ilə bağlı absurd mövqelər sərgiləyirlər. İrəvan hökuməti sülh müqaviləsinin imzalanmasına dair konkret tarix verməməklə bərabər prosesə başlamaq həvəsi də göstərmir. Ermənistanda revanşizmi gücləndirmək istəyən xarici ölkələr də fəaliyyətə başlayıblar. Rəsmi Bakı prosesləri dərindən izləyir və vaxtı çatanda addım atır”.
C.Nuriyev bəyan edib ki, Azərbaycanda ən məlumatlı şəxs dövlət başçısıdır:
“Əgər ölkə rəhbəri Ermənistana məhz indiki məqamda sərt mesaj verirsə, deməli, hansısa proses gedir. Cənab Prezident mesaj verir ki, siyasət populizmi yox, reallığı sevir. Ermənistan da Cənubi Qafqazdakı yeni düzənlə razılaşmaq məcburiyyətindədir. Əks təqdirdə cavabları daha sərt formada veriləcək. Əminəm ki, gec-tez Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsinə imza atmağa məcbur edəcəyik. Ruslar Qarabağdakı erməniləri zorla saxlaya bilməyəcəklər. Könüllü surətdə Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər istisna olmaqla bütün separatçılar, silahlı quldurlar torpaqlarımızı birdəfəlik tərk edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya