Rusiya anlayır ki, münaqişələr həll olunmalıdır
Rusiya anlayır ki, münaqişələr həll olunmalıdır
Yusif Nəzərli
07:14 05.11.2021
Siyasət
612
Əks təqdirdə etnik və məhəlli toqquşmalar kənar güclərin regiona ciddi müdaxiləsinə imkan yaradır
"“Altılıq platforması”nda İran və Türkiyənin yer alması Rusiya üçün ən ideal siyasi münasibətlər mühitini meydana çıxarır"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması” ideyasını dəstəklədiyini deyib. Zaxarova bəyan edib ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb. XİN təmsilçisinin sözlərinə görə, çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir:
“Fikrimizcə, əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər. Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir”.
Bəzi ekspertlərə görə, Zaxarovanın fikirləri ilk baxışdan Rusiyanın regionla bağlı niyyətinin saf olduğunu göstərə bilər. Amma yaddan çıxarmaq olmaz ki, 8 avqust 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri Rusiya tərəfindən işğal edilib. Məhz buna görə də Gürcüstan tərəfi Rusiya ilə hansısa platformada iştirak etmək niyyətində olmadığını hər fürsətdə dilə gətirməkdədir.
Digər tərəfdən Gürcüstanın daha çox Qərblə, xüsusilə də ABŞ-la yaxınlaşmaq niyyəti “altılıq platforması”nda Gürcüstan və Rusiyanın birgə olması məsələsini şübhə altında qoyur. Lakin Moskvanın öz siyasətində ciddi dəyişiklik qərarı aldığını vurğulayan analitiklər də var. Onların fikrincə, mövcud reallıq Kremli də fərqli siyasət yürütməyə sövq edir.
Xatırladaq ki, 18 oktyabr 2021-ci ildə Gürcüstanda səfərdə olmuş ABŞ-ın Müdafiə naziri Lloyd Austin gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşüb.
“Altılıq platforması”nın yaradılması məsələsinə münasibət bildirən Austin deyib ki, “yaxşı olar Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”.
Mariya Zaxarovanın məlum açıqlamasını “Şərq”ə təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, XİN sözçüsünün ifadələri 2 il ərzində təxmin edilən Rusiya siyasətinin görünən istiqamətləridir. Analitik hesab edir ki, Rusiyanın baxışı bölgədə dövlətlərarası münaqişələrin həllinə doğru yönəlib:
“Rusiya anlayır ki, münaqişələrin həll olunması istiqamətində dövlətlərlə birbaşa əməkdaşlıq daha rentabellidir. Çünki Gürcüstan, Ermənistan və Azərbaycanda, o cümlədən Ukrayna və Moldovoda etnik və məhəlli münaqişələr digər kənar güclərin regiona ciddi müdaxiləsinə imkan yaradır. Bu isə Rusiyanın maraqlarına ziddir. Qərb-Şərq qarşıdurması fonunda Rusiya öz arxa bağçalarında sabitliyin bərqərar olmasında maraqlıdır. Moskvanın bu istiqamətdə ilk addımını Qarabağ münaqişəsinin həlli prosesində gördük. Hazırda Ukraynada müəyyən proseslər yaşanır və ola bilsin, yaxın vaxtlarda separatçıların məğlub olaraq Kiyevə tabe olmasının şahidi olduq. Hətta bunun müqabilində Krım Rusiya ərazisi kimi tanına da bilər. Yəni Rusiya nüfuzunu itirmədən öz şərtlərini ödəmək imkanı qazanar”.
Ə.Əlibəyliyə görə, “Altılıq platforması”nda İran və Türkiyənin yer alması Rusiya üçün ən ideal siyasi münasibətlər mühitini meydana çıxarır:
“Zaxarovadan əvvəl XİN başçısı Sergey Lavrovun və Prezident Vladimir Putinin açıqlamalarında bunun ilk siqnallarını görmüşük. Yeni platformada Gürcüstan, Ermənistan və İranın mövqeyi də nəzərə alına bilər. Çünki hər üç ölkənin yanaşmasında müəyyən redaktələr var. Ən azından İran Rusiya ilə, Gürcüstan Azərbaycan və Türkiyə ilə, Ermənistan isə Rusiya və İranla mövqelərini uyğunlaşdıra bilər. “Altılıq platforması”nın reallaşmasına maneçilik törədəcək amillər yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Hörmüz boğazının dərhal açılması demək deyil! - İran
01:10 12.10.2026
Region
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
23:59 11.10.2026
Aktual
Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi
23:45 11.10.2026
İdman
Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı
23:03 11.10.2026
Region
Gəncədə ata 36 yaşlı oğlunu qətlə yetirməkdıə şübhəli bilinir
22:45 11.10.2026
Hadisə
Murad Boz Bakıya gəldi: Kimin toyunda iştirak edəcək?
21:47 11.10.2026
Şou
Polşada Baş naziri öldürməklə hədələyən şəxs saxlanılıb
21:30 11.10.2026
Dünya
İran: ABŞ-nin danışıqlar üçün cavabı yetərli deyil
20:54 11.10.2026
Gündəm
Roma Papası əməliyyat olunacaq
20:18 11.10.2026
Dünya
Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs elan etdi
19:42 11.10.2026
Son dəqiqə
Sabah bu ərazilərdə işıq olmayacaq
19:10 11.10.2026
Cəmiyyət
Pezeşkian: Düşmən bizi diz çökdürə bilməz
18:53 11.10.2026
Region
WSJ: Tramp-Zelenski münasibətləri yenidən gərginləşib
18:36 11.10.2026
Dünya
Sabahın havası bu insanlar üçün əlverişlidir
18:04 11.10.2026
Sağlamlıq