Rusiya böyük zərbə aldı
Turan
10:16 04.09.2021
Siyasət
1027
Vaşinqtonla əməkdaşlığın artırılması Kiyevə milyonlar qazandıracaq
ABŞ Rusiyanı sıxmaq və Kiyevə yardım etməklə ukraynalıların mövqeyini gücləndirir
ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında Ağ Evdə baş tutan görüş iki saat davam edib. Görüşdə iki ölkə arasında vacib sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. Co Bayden bildirib ki, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə inandırıcı şəkildə sadiq qalmaqdadır: “Ukraynanın Avroatlantik istəklərinə dəstəyimiz sarsılmaz olaraq qalır. ABŞ Ukraynanın demokratik islahatlara və Avropaya inteqrasiyaya nail olmağa doğru siyasətini də dəstəkləyir”.
Amerika rəhbəri növbəti dəfə Ukraynaya səfər etmək istəyini də açıqlayıb: “Bir neçə il əvvəl Ali Radada çıxış etmək imkanımı xatırlayıram. Ümid edirəm, yenidən Ukraynaya səfər etmək imkanı qazanacağam”.
Görüşdə Ukraynanın təhlükəsizlik və müdafiə, demokratiyanın inkişafı, insan haqlarının qorunması, kibercinayətkarlığa qarşı birgə mübarizə, münaqişənin həlli məsələləri əsas müzakirə mövzusu olub. Müzakirələrdən sonra birgə bəyanatda qeyd olunub ki, Vaşinqton 2021-ci ildə Ukraynaya demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, məhkəmə sistemində islahatların aparılmasına daha 463 milyon dollar yardım ayıracaq.
Baydenlə görüşündən danışan Zelenski müzakirələrin məhsuldar keçdiyini, əsl kişi söhbəti olduğunu deyib. Ukrayna lideri açıqlamasında görüşün planlaşdırıldığı kimi bir saat deyil, iki saat davam etməsini tərəflərin dialoqa maraqlı olması ilə izah edib: “Ünsiyyət zamanı mənfilik hiss etmədim. ABŞ-dan Ukraynaya, mənə, komandama heç bir mənfi təsir göstərilmədi”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskinin Amerikaya səfərini dəyərləndirib. XİN sözçüsü deyib ki, ABŞ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə edir: “Vaşinqtonun Kiyevi Rusiyaya qarşı silah olaraq istifadə etməsi kifayət qədər proqnozlaşdırıla bilər və kədərli nəticələrə yol aça bilər. Bu nəticələr Ukrayna üçün də keçərli olacaq. Bəzi nəticələr ortadadır. Bunların arasında Ukraynanın milli maraqlarını itirməsi, dövlətin funksionallığını itirməsi, dövlətin maraqları və funksiyalarının yerinə ABŞ-ın maraq və funksiyalarının keçməsi, tarixi kimliyin itirilməsi var”.
İki ölkə rəhbərinin diqqət mərkəzində olan təmasını “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlunun fikrincə, Ukrayna Prezidenti Zelenskinin ABŞ səfərini uğurlu hesab etmək olar. Analitikə görə, Kiyev Vaşinqtondan iqtisadi dəstək almağa nail oldu:
“Amerika və Ukrayna Qara dəniz, kiber təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlığı artıracaq. Co Bayden Kiyevə 60 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədi. ABŞ Ukraynanın NATO-ya üzv olmaqla bağlı istəyini alqışlayır. Digər tərəfdən “Şimal axını-2” layihəsi və Ukraynanın enerji təhlükəsizliyinin təminatı da Zelenskinin səfəri zamanı öz həllini tapdı. Ukrayna prezidenti Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində, Müdafiə Nazirliyi ilə müdafiə sahəsində strateji sənədlər imzaladı”.
A.Rəşidoğlu qeyd edib ki, təhlükəsizlik, enerji layihələri, hüquq sistemində islahatlar istiqamətində əməkdaşlığın artırılması Kiyevə milyonlar qazandıracaq:
“Apple” şirkəti Ukraynaya yatırım qoyacaq. Bütün bunlar real yardımlardır. Təbii ki, amerikalılar ukraynalıların əvəzinə Şərqi Ukraynada savaşmayacaqlar. Lakin Rusiyanı sıxmaq və Kiyevə yardım etməklə ukraynalıların mövqeyini gücləndirirlər. Slavyan zəncirinin ən mühüm halqası olan Kiyevlə əməkdaşlıq, Ukraynanın NATO üzvlüyünə dəvət olunması Moskvaya ciddi zərbədir. Real yardımların miqyasının genişlənəcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm