Rusiya dəstək olmadı, İran geri çəkilir
Yusif Nəzərli
09:21 06.11.2021
Siyasət
783
Tehran Bakı ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmağa çalışır
“Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik”. Bu sözləri İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. H.Əmir Abdullahiyan Tehran və Bakı arasındakı münasibətlərin müsbət atmosferdə irəlilədiyini qeyd edərək bildirib ki, müştərək komitə iki ölkədə ictimai rəyi və KİV-lərdəki atmosferi idarə etmək üçün fəaliyyət göstərəcək. İki qonşu ölkənin əlaqələrində bəzi məsələlərdə fikir ayrılıqlarının olmasını təbii adlandıran H.Əmir Abdullahiyan qeyd edib ki, önəmli olan odur ki, hər iki tərəf maneələri aşmaq üçün ciddi iradə ortaya qoyub. O qeyd edib ki, İran öz qonşularını qohumları hesab edir və qohumluq əlaqələri prinsipi ilə əlaqələrini dəyərləndirir, inkişaf etdirir.
Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, İranın xarici işlər nazirinin bu sözü əslində faktiki olaraq İranın Azərbaycanla gərginliyini azaltmağa doğru getdiyini göstərir. Analitik hesab edir ki, bununla İran faktiki olaraq Azərbaycana qarşı geri addım atır:
"Bildiyimiz kimi, bir müddət öncə İran-Azərbaycan gərginliyi yaşandı. Lakin İranın Azərbaycana qarşı atdığı addım tam fiaskoya uğradı. Əlbəttə ki, bunun bir neçə səbəbi var idi. Ən başlıca səbəblərdən biri isə Rusiya və digər ölkələr bu məsələdə ona yardım etmədi. Düzdür, İran zənn edirdi ki, bu addımlarla Azərbaycana hansısa mənada təzyiq edəcək. Ancaq nəticə etibarilə gördü ki, diplomatik və regiondakı siyasi proseslər onun əleyhinədir. Azərbaycana qarşı atdığı bu addım, belə desək, onun özünə qarşı çevrilib. İran tərəfi artıq faktiki olaraq Azərbaycan qarşısında geri addım atır. Bu geri addım atmaq da təsadüfi deyil. Çünki mövcud siyasi vəziyyət hazırda bunu tələb edir".
T.Rzayev hesab edir ki, İran-Azərbaycan arasındakı gərginlik azalacaq:
"Hər halda Ocaq Nejatın Azərbaycandan qovulması bunun bir növ sübutu idi. Azərbaycan İran qarşısında geri addım atmadı və regionda zəif olmadığını, əksinə, İranla başabaş rəqabət aparacaq gücdə olduğunu göstərdi. İran indiki halda Bakı ilə yenidən münasibətləri tənzimləmək, onu əvvəlki səviyyəyə qaytarmağa, iqtisadi münasibətləri bərpa etməyə çalışır. İstənilən halda Azərbaycan hər zaman qonşularına qarşı dost və sülh şəraitində olub. Bundan sonra da belə davam edəcək. Azərbaycanın mövqeyi heç zaman işğalçılıq olmayıb. İranın sərgilədiyi mövqe onsuz da qərəzli və heç bir məntiqə sığmayan davranışlar idi. Hər halda görünür, İran bu məsələdə dərsini alıb. Bu tip rəsmilərin açıqlaması da onu deməyə əsas verir ki, rəsmi Tehran əvvəlki vəziyyətinə qayıtmaq istəyir və hazırda bu gərginliyi yumşaltmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Hesab edirəm ki, Azərbaycan və İran arasında münasibətlər əvvəlki vəziyyətə qayıtmış kimi görünsə də, müəyyən mənada bu soyuqluq və gərginlik atmosferi qalacaq. Çünki İran Azərbaycana qarşı ciddi səhv buraxdı və onu düzəltmək üçün isə çox çalışmalı olacaq, İrana qarşı inam yenidən yaransın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol