Rusiya müdafiə nazirinin Azərbaycana səfəri gözlənilir

Rusiyanın müdafiə naziri Andrey Belousovun bu ilin oktyabrında Bakıya səfəri planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) “Rusiya–Azərbaycan” sessiyasında bildirib.

Diplomatın sözlərinə görə, Rusiyanın müdafiə naziri üçün Bakıya açıq dəvət qüvvədə qalır.

“Rusiya müdafiə naziri cənab Belousov üçün açıq dəvətimiz var. Onun bu ilin oktyabr ayında Bakıya səfərini səbirsizliklə gözləyirik”, – səfir qeyd edib.

R.Mustafayev vurğulayıb ki, sözügedən səfər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər.

“Bu, çox vacib və güclü bir təkan ola bilər. Çünki bu, həssas qarşılıqlı əlaqə sahəsidir. Burada nə qədər sıx və fəal işləməyimiz həm münasibətlərin ümumi səviyyəsini, həm də ikitərəfli əməkdaşlığı müəyyən edəcək”, – diplomat əlavə edib.