Rusiya "sülhməramlıları" torpaqlarımızdan çıxarılmalıdır
Yusif Nəzərli
03:34 18.02.2022
Siyasət
835
Çünki Kreml açıq-aşkar Azərbaycan əleyhinə fəaliyyət göstərir
"Son aylarda Rusiya “sülhməramlıları”nın nəzarətində olan bölgədə yaşanan olayların hamısı Azərbaycanın maraqlarına ziddir"
Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə “hərbi təlimlər” keçiriləcək. Separatçıların Azərbaycan torpaqlarında “hərbi təlimlər” keçirməyə cəhd etməsi erməni həyasızlığının növbəti faktıdır. Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır. Rusiya “sülhməramlı” kontingenti öz mandatının çərçivələrini anlamaqda çətinlik çəkir.
“Sülhməramlıların” əsas missiyası iki xalqın sülh və əmin-amanlıq içərisində yaşamasını təmin etməkdir. Yerləşdiyi ərazidə yerli icmalardan birinin hərbi təlim keçirməsinə göz yummaq sülhməramlı missiyanın mahiyyətinə ziddir. Ermənilərin Qarabağda davam edən hərbi təxribatları, ilk növbədə, Rusiyanın özünün imicini ciddi şəkildə zədələyir. Moskva nəhayət anlamalıdır ki, Rusiya “sülhməramlıları”nın Qarabağda gələcək mövcudluğu Azərbaycan tərəfinin mövqeyi ilə şərtlənəcək. Çünki torpağın sahibi və qalib tərəf Azərbaycandır. Azərbaycan özünün suveren ərazilərində antiterror əməliyyatları həyata keçirmək hüququna sahibdir və bu hüququ heç bir formada məhdudlaşdırmaq olmaz. Ekspertlərin fikrincə, qondarma rejimin hərbi təlim keçirmək cəhdi regionda onsuz da kövrək olan sülh mühitini ciddi şəkildə zədələyəcək.
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, separatçıların qanunsuz əməlləri və Rusiya “sülhməramlılarının” onlara imkan yaratması Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edir. Ekspert vurğulayıb ki, 10 noyabr birgə bəyannaməsinə əsaslansaq, Rusiya sülhməramlıları belə bir fəaliyyətə qətiyyən imkan verməməlidir:
“Qondarma rejimin “qanun” hazırlaması, səngər qazması, təlimlər keçirməsi, maşınlarımızın yolunu kəsməsi səbrimizi daşırır. Qıcıq doğuran, narazılığa səbəb olan hadisələrə rəsmi cavab verilməli, sonuncu dəfə xəbərdarlıq edilməlidir. Son aylarda Rusiya “sülhməramlıları”nın nəzarətində olan bölgədə yaşanan olayların hamısı Azərbaycanın maraqlarına ziddir. Rusiya bu kimi neqativ hadisələrə meydan verməklə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə zərbə vurur. Moskva qəsdən vəziyyəti gərginləşdirərək tərəflərə rəsmi Bakıya təsir imkanını əlində saxlamaq istəyir. Rusiya “sülhməramlılarının” torpaqlarımızdan çıxarılması üçün ciddi addımlar atılmalıdır. Çünki Kreml açıq-aşkar Azərbaycan əleyhinə fəaliyyət göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm