
Rusiya və Çin yaxınlaşması Qərbə meydan oxumaqdır - ŞƏRH
Yusif Nəzərli
17:47 10.05.2025
Siyasət
616
"Çin-Rusiya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərdir. Son dəfə iki ölkə arasında olan əlaqələri tənzimləyən əsaslı müqavilə 5 il müddətinə uzadıldı. Bu dövlətlərin böyük potensialı var ki, münasibətləri yüksək səviyyədə saxlayaraq bundan yararlansınlar".
Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib. Onun sözlərinə görə, proseslərdə Moskva-Pekin arasında gedən siyasi dialoq əsas rol oynayır:

"Çünki birincisi, dünya siyasətində böyük dəyişikliklər var. Digər tərəfdən ABŞ, Avropa İttifaqı, Rusiya, Çin arasında dünya birinciliyi uğrunda çox sərt mübarizə gedir. Bu baxımdan Kremlin imkanları daha imtiyazlıdır. Ona görə ki, Rusiyanın Çinlə böyük sərhədi var. Həmçinin Moskva Pekinin enerji daşıyıcılarının təminatçısı kimi çıxış edir. Üstəlik, hər iki dövlətin təhlükəsizlik məsələlərində də əksər mövzularda baxışları üst-üstə düşür. Hazırda xüsusilə ABŞ üçün Rusiya-Çin münasibətləri əhəmiyyət kəsb edir. Bu üç bucaq çərçivəsində onlar çalışırlar ki, müxtəlif tərzdə öz mövqelərini gücləndirsinlər. Əgər iki dövlət həqiqətən də etibarlı dost əlaqələri qurursa, sual verilir ki, bu birlik kimə qarşıdır? Ötən əsrin 70-ci illərində Vaşinqton Pekinlə münasibətlərini razılaşdırmışdı. Nəticə etibarilə Çin ABŞ-dan uzaqlaşmağa başlamışdı. ABŞ isə öz investisiyalarını bu ölkəyə istiqamətləndirmişdi. Bu gün biz görürük ki, dünya iqtisadiyyatında birinci yeri ABŞ, ikincini Çin tutur. Rusiya isə bir qədər geridədir. Moskva müharibə aparan tərəf kimi istəyir ki, Pekin ondan müttəfiqlik köməkliklərini əsirgəməsin. Çünki müharibədə iştirak edən dövlət həmişə çalışır ki, strateji resurs bazasını zənginləşdirsin. Bu mənada Çin maliyyə imkanlarına malik ölkə kimi Rusiyaya dəstək göstərir".
Politoloq əlavə edib ki, əsas məsələlərdən biri də Rusiya və Çinin dünya nizamında həmahəng çıxışıdır:
"Onlar Qərbin hegemoniyasını istəmədiyi üçün çalışırlar ki, dünya çapında fəaliyyət göstərən dəhlizlərin, boğazların, strateji keçidlərin nəzarətində iştirak etsinlər. Bu proses həmçinin beynəlxalq yükdaşımalarda önəmli rol oynayır. Orta dəhliz hazırda Kreml üçün bir o qədər də yox, lakin Çin üçün lazımdır. Odur ki, Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Tərəflər yaşıl işığın Orta dəhlizdə daim qüvvəsini saxlamasında maraqlıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm