Rusiyanın “Vardanyan planı” fiaskoya uğradı! – Bölgədən niyə qaçdı? – ŞƏRH
Yusif Nəzərli
12:20 08.02.2023
Siyasət
626
"Vardanyanı bölgəyə ruslar gətirmişdi onlar da qaçırdır".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Vardanyanın qaçmasından danışarkən deyib.
O bildirib ki, biz bu qaçışı yeni təlimatlar alaraq geriyə qayıtma kimi də izah edə bilərik:
"Azərbaycan nöqteyi-nəzərindən Vardanyan elə də önəmli fiqur deyil. Onun üzərindən Azərbaycana qurulan oyunlar var. Yəni bu gün o və əyləşdiyi bürokratik aparat oyuncaqdır. Əslində Vardanyan və onun kimilərin fəaliyyəti rəsmi Bakı üçün bölgədə əməliyyat presidenti yaradırdı.
Ümumiyyətlə, özünü hansısa dövlətin “super nazir”i hesab edən birinin qorxaqcasına qaçması rəzalətdir. Bizim nöqteyi-nəzərdən maraqlı məqam isə, Vardanyanı bu vəziyyətə salan səbəbin, onunun fəaliyyətini məhdudlaşdıran proseslərin başlamasıdır. Yəni O Laçın-Şuşa yolundakı ekoloqların etiraz aksiyası nəticəsində belə bir vəziyyətə düşdü.
Ekspertin sözlərinə görə ilk növbədə nəticələr haqqında danışmalıyıq:
"İndilik Rusiyanın Vardanyan planı uğursuzluğa düçar oldu. Azərbaycanın yumşaq güc strategiyası öz təsirini göstərdi. Bu, Azərbaycanın digər addımlar reallaşdırması üçün əlavə təsir mexanizmləri formalaşdırdı.
Həmçinin Rusiya sülhməramlıları ilə bağlı yekun qərar verməyə dair abu-havanı tənzimlədi. Nəhayət bölgə üzərindəki nəzarətimizi gücləndirdi. Araik Artunyan Vardanyanla müqayisədə zəif fiqur idi.
Əgər biz vəziyyəti Artunyan üzərindən dəyərləndirsək, separatçıların başsız qaldığını deyə bilərik. Yəni bu saat onnarın zəif vəziyyətdə olduqlarını deyə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya