Rusiyaya təhlükə:“...Sərhədlərini qorumağa çalışacaq”
Banuçiçək Kalbalıyeva
15:12 07.07.2021
Siyasət
563
Tacikistan Prezidenti İmomali Rahmon Tacikistan-Əfqanıstan sərhədini gücləndirmək məqsədi ilə ehtiyatda olan 20 min hərbçinin orduya çağırılması barədə sərəncam imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları iyulun 5-də "Taliban” hərəkatı silahlılarının Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Mohimay, Şuqnon və Sultan İşkaşim rayonlarını ələ keçirdiyini açıqlayıb.
"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli tərəflər arasında durumu “Sherg.az”a şərh etdi:
“Əfqanıstanın “hərbi-siyasi bataqlıq” olduğu artıq sübut olunub. Son 40 ildə bu ölkədə hərbi kontingent yerləşdirən ölkələrin hər biri böyük uğursuzluqla üzləşib. Ardınca da bu ölkəni tərk etmək məcburiyyətində qalıb. Vaxtilə eyni taleyi keçmiş SSRİ də yaşayıb. İndisə ABŞ və NATO-da uğursuzluqla qarşı-qarşıyadır. Və Əfqanıstanı tərk etməyə qərar verib. Vaxtilə NATO qoşunlarının Əfqanıstana yerləşdirilməsi ABŞ və Qərbin strateji maraqlarından qaynaqlanırdı. Çünki Rusiya Orta Asiyadan keçməklə, Sakit Okeanın Çin sahilləri ətrafına neft kəməri çəkməyi planlaşdırırdı. NATO bazalarının Əfqanıstana yerləşdirilməsi ilə bu plan bloklanmış oldu. Eyni zamanda İranın Şərqə doğru əməkdaşlıq qapılarını qapatmaq məqsədi güdülürdü. Artıq bu məqsədlərə nail olunub. ABŞ və Qərbə artıq Əfqanıstanda NATO bazaları o qədər də əhəmiyyətli deyil. Əksinə, hazırda Əfqanıstandan NATO bazalarının çıxarılması ABŞ-a daha sərfəlidir. Bu addımın atılması da xüsusi strateji hədəflərin reallaşdırılmasına hesablanıb. Üstəlik, NATO hərbi bazalarının Əfqanıstandan çıxarılması Taliban qruplaşması ilə səhnəarxası anlaşma əsasında çıxarılır”.
O, həmçinin proseslərin necə inkişaf edəcəyini dedi:
“Əsas məqsəd Əfqanıstanda daxili xaosun yenidən bərpa olunması ilə bağlıdır. Ağ Evdə əmindirlər ki, Əfqanıstanda yeni xaos yaranarsa, bu fəlakət dalğası mütləq Orta Asiya ölkələrinə də sıçrayacaq. Əfqanıstan ilə həmsərhəd ölkələr, xüsusilə də, Tacikistan ciddi təhlükə qarşısındadır. Taliban Əfqanıstanın əyalətlərini artıq ələ keçirməyə başlayıb. Talibanın artıq böyük sürətlə Tacikistanla sərhəd bölgəsinə yerləşməsi bu MDB ölkəsində daxili gərginliyi artırmağa başlayıb. Tacikistanda Talibanla özəl əlaqaləri olan qruplaşmalar kifayət qədərdir. Bu, daxildə Talibanın da dəstəyi ilə silahlı toqquşmaları stimullaşdıra bilər. Digər tərəfdən, Talibanın silahlı dəstələrinin Tacikistan ərazisinə əngəlsiz keçmək imkanları da var. Çünki Tacikistan öz dövlət sərhədlərini qorumaqda ciddi çətinliklər çəkir. Ona görə də bu ölkə artıq sərhədlərin nəzarət altına alınmasına yardım göstərilməsi üçün Rusiyaya və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Və həm Rusiyadan, həm də KTMT-dan müsbət cavab alıb”.
Ekspert baş verənlərin Moskvaya təsirindən də söz açdı:
“Rusiya Tacikistana yardım göstərməyə məcburdur. Çünki Tacikistanın yerləşdiyi Orta Asiya Rusiyanın sərhədlərinə bağlı regiondur. Taliblərin müdaxiləsi ucbatından Tacikistanda yarana biləcək hərbi toqquşmalar bu ölkəni dərin xaosa, terrorizmin ağuşuna sürükləyə bilər. Sonrakı mərhələdə isə Tacikistandakı xaosun, terrorun bütün Orta Asiyanı bürüyə biləcəyi qətiyyən istisna deyil. Yəni Rusiya sərhədləri ətrafında yeni xaos, terror bataqlığının yaranma ehtimalı tamamilə realdır. Kreml bu hadisələrin yaxın perspektivdə daha da inkişaf edərək, Rusiya ərazisinə keçə biləcəyini də qətiyyən nəzərdən qaçırtmır. Ona görə, yəqin ki, Rusiya Tacikistanın sərhədlərini mümkün qədər qorumağa çalışacaq. Bunu şimal qonşumuzun maraqları tələb edir. Artıq elə bir vəziyyət yaranmağa başlayıb ki, Tacikistanın Əfqanıstanla sərhədləri Rusiya sərhədləri qədər əhəmiyyət qazanıb. Digər tərəfdən, ABŞ Orta Asiyada terrorun yolunu açıb, bu regionu qarışdırmaqla, Avropadan başlayaraq, Cənubi Qafqaz, Xəzər və Orta Asiya üzərindən keçib, Çinədək uzanacaq Yeni İpək Yolu layihəsini də bloklamaq niyyəti güdür. Ağ Ev hazırda özünün birbaşa edə bilmədiyini məhz terrorçu Taliban qruplaşmasının əliylə reallaşdıracağına ümid bəsləyir. Yəni NATO hərbi bazalarının Əfqanıstandan tez-tələsik çıxarılması hazırda yalnız ABŞ-ın strateji maraqlarına cavab verir. Əsas məqsəd Rusiya ətrafında xaos bölgəsi yaratmaq və Avropanı Çinlə birləşdirəcək Yeni İpək Yolu layihəsini iflasa uğratmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət