Saakaşvili Gürcüstana qayıdır? - “...Hakimiyyət dəyişə bilər”
Fidan Həmişəyeva
10:32 02.06.2021
Siyasət
1189
Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ölkəsinə qayıdacağı vaxtı açıqlayıb. O, qeyd edib ki, payızda baş tutacaq referendumdan əvvəl gürcü xalqına bir sürpriz hazırlayırıq.
Saakaşvii bildirib ki, onların planları barədə çoxlu suallar var:
"Mənim və ümumiyyətlə bizim planlarımız barədə çox sayda suallar var. Payızda, referendumdan öncə, İvanişvili və onun yoldaşlarına ciddi bir sürpriz hazırlayırıq. Bunu tam ciddiliyimlə deyirəm. Gürcü xalqına da yaxşı bir sürpriz hazırlayırıq. Buna milyonlarla insan sevinəcək, 100, 200-500 insan isə kədərlənəcək. Kədərlənənlərin hər biri soyuq su içsin".
Saakaşvili Gürcüstanda payızda baş tutacaq seçkilərdən əvvəl Tbilisiyə qayıdacağını söyləyib.
Hazırda Gürcüstanda siyasi böhranın yaşandığını bildirən siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, hakimiyyət ölkəni tam olaraq nəzarətdə saxlaya bilmir:
“Ölkədə həmçinin iqtisadi böhran da var. Gürcüstanın milli valyutası sürətli şəkildə aşağı düşür. Əhali əsas gəlir mənbəyi hesab olunurdu, lakin pandemiyaya görə vəziyyət pisləşib. Çünki turistlər də Gürcüstana gəlmir, kiçik və fərdi sahibkarların durumu yaxşı deyil, əhalinin dolanmasında çətinlik var. Ona görə də əhali arasında böyük narazılıq var.
Düşünürəm ki, Saakaşvilinin belə bir məqamda Gürcüstana gəlməsi əslində ölkədəki dinamikanı yenidən oynada bilər. Bəlkə də, onun gəlməsi üçün uyğun zəmin yaranıb. Əslində Saakaşvili zamanlamanı elə seçməlidir ki, gəlişi nə həddindən artıq tez, nə də gec olsun. Çünki vaxtından tez Gürcüstana qayıtdığı zaman ola bilər ki, gəlişi mövcud proseslərə uyğun olmasın. Onda Saakaşvili imkanlarını itirə bilər. Ancaq gəlişini çox gecikdirsə də, ölkədə müxalif hərəkatına liderlik edib, mərkəz yaratmağı çətindir. Fikrimcə, uyğun məqamı seçsə, ölkədə hakimiyyət dəyişə bilər”.
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə