Samir Nuriyev “İçərişəhər” qoruğunun yeni sədrini kollektivə təqdim edib
10:07 14.02.2025
Siyasət
244
Fevralın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Rüfət Mahmudu kollektivə təqdim edib.
APA xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən İçərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.
Qeyd edilib ki, İçərişəhər ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2005-ci il 10 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan Samir Nuriyev deyib ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin konservasiya üzrə Baş Planı hazırlanıb və 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.
Prezident Administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin İçərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən Samir Nuriyev dövlətimizin başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə