Şarl Mişelin Ermənistan səfəri:Rusiya bu ölkəyə dəstəyini dayandırmalıdır
14:07 17.07.2021
Siyasət
599
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz turnesi çərçivəsində Ermənistana səfər edib. Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi Ermənistanın Rusiyaya növbəti xəyanətidir. Paşinyan hər dəfə mürəkkəb vəziyyətə düşəndə prezident V.Putin ona yardım edib, vəziyyətdən çıxarıb. Hərbçilər qiyam qaldıranda məhz Putinin dəstəyi Paşinyanı xilas etdi. Koçaryan Rusiyaya yaxınlığı ilə seçilsə də, Rusiya seçkilərsə, Paşinyana problem yaratmadı. Amma Paşinyan qərbyönlü mövqeyinə iyğun olaraq, Qərb dairələri ilə işbirliyini inkişaf etdirir. Ermənistanın NATO, Aİ və digər təsisatlarla ardıcıl təmasları bunu təsdiq edir.
Ermənistana səfəri zamanı, Avropa Komissiyası Şurasının prezidenti Şarl Mişel Ermənistana 2.6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib. Bu, o deməkdir ki, Aİ Ermənistanda Marşall planını tətbiq edir və faktiki olaraq Efmənistanı satın alır.
Göründüyü kimi, Paşinyanın Qərblə dərin əlaqələri və təmasları sonda Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına gətirib çıxardı. Üstəlik, nəzərə alınmalıdır ki, Şarl Mişel fransalıdır və Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən şəxsdir.
Rusiya üçün artıq qəti qərar vermək zamanıdır. Moskvanın İrəvana ardıcıl dəstəyinə baxmayaraq, rəsmi İrəvan Qərbə doğru irəliləməkdə davam edir.
Paşinyanın Qərbin adamı olan Armen Qriqoryanı XİN rəhbərinin birinci müavini təyin etməsi bu siyasətin davam eydirildiyini aydın göstərir.
Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır.
MCP sədrinin müavini,politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə Avropa İttifaqının prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfərini şərh edib. Politoloq qeyd edib ki, Şarl Mişelin Gürcüstan, Azərbaycan və Ermənistana səfərinin əsas məqsədi regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni bir inkişaf mərhələsinə qaldırmaqdır. Həmçinin, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün əsas vasitəçi olmaqdır:
"Məhz İttifaq prezidentinin ilk səfərinin Ermənistana etməsi, baş nazir Paşinyan və prezident Sarkisyanla danışıqlar aparması gözlənilir. Oradan da Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşü gözlənilir. Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır. Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür".
M.Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı burada əsas maraqlı tərəfdir:
"Nə Rusiya, nə də ABŞ sülhün əldə edilməsində maraqlıdır. Məhz baş verənləri düzgün qiymətləndirən Avropa İttifaqı təşəbbüsü ələ alır. İki ölkə Avropa İttıfaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malidkir. Əgər, Ermənistan Rusiyanın təhriklərinə qarşı gəlib, Avropa İttifaqının təkliflərini qəbul edəcəksə, Azərbaycanla sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Avropa İttifaqı Ermənistanla danışıqlar apardığı bir fonda sərhəddə atəşkəs mütəmadi pozulur. Rusiya göstərmək istəyir ki, heç bir tərəfin regionda sülhün əldə etməsinə imkan verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial