
Savaş səsləri eşidilir...
Savaş səsləri eşidilir...
Yusif Nəzərli
09:30 01.02.2023
Siyasət
477
Arutyunyan kimi Vardanyan da Azərbaycanın gücünün fərqindədir
Sadəcə olaraq ermənilərə boş vədlər verməklə öz mövcudluğunu qoruyub saxlamağa çalışır
Qarabağda özünü "dövlət naziri" elan etmiş milyarder Ruben Vardanyan torpaqlarımızdakı ermənilərə müharibəyə hazır olmalarını söyləyib. Vardanyan Laçın yolundakı aksiya ilə bağlı ermənilərə mart-aprel ayınadək dözməyi tövsiyə edib və həmin tarixdən sonra problemin olmayacağını bildirib. Hərbi münaqişəni istisna etməyən Vardanyan döyüşməyin qaçılmaz və vacib olduğunu deyib. Lakin separatçı Araik Arutyunyan Qarabağdakı ermənilərlə qapalı görüşü zamanı Vardanyanın fikirlərini təkzib edib. O deyib ki, hazırda Qarabağda Ermənistandan daha çox silah olsa da, biz mümkün qədər müharibədən qaçmalı və Azərbaycanla dialoq yoluna getməliyik, əks halda müharibə Qarabağın və Qarabağ sakinlərinin sonu olacaq". Son dönəmlər Xankəndidəki separatçıların “lider”i Araik Arutyunyan Ruben Vardanyana qarşı fəaliyyətini genişləndirib. Hətta Arutyunyan Vardanyanın Bakı ilə bütün danışıqların dayandırılması barədə tələbini qətiyyətlə rədd edib. Bunun qarşılığında o, Bakı ilə sülhməramlıların vasitəsilə görüşlərin keçirilməsi gərəkdiyini bildirib. Arutyunyan Qarabağda "referendumun" keçirilməsinin hazırda real olmadığını, buna görə də birbaşa görüşlər keçirməklə əhalinin Bakı ilə danışıqlar barədə fikrini öyrənmək istədiyini söyləyib.

AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, separatçı Arutyunyan Azərbaycan Ordusundan elə zərbə alıb ki, bir də çətin müharibə eşqinə düşsün. Partiya təmsilçisinin sözlərinə görə, əslində Rusiyadan Qarabağa gəlmiş Ruben Vardanyan da Azərbaycanın gücünün fərqindədir. Sadəcə olaraq ermənilərə boş vədlər verməklə öz mövcudluğunu qoruyub saxlamağa çalışır:
"Lakin anlamır ki, belə fəaliyyətin sonu antiterror əməliyyatıdır. Müharibə az-çox eyni səviyyəli qüvvələrin qarşıdurmasıdır. Azərbaycan Ordusu özündən dəfələrlə zəif olan bir quldur dəstəsinə qarşı ancaq kiçik antiterror əməliyyatı keçirə bilər. Belə bir əməliyyat isə bütün separatçıların sonu deməkdir. Bunu Araiklə yanaşı, Vardanyan da gözəl bilir. Vaxt var idi, Arutyunyan da Vardanyan kimi başından böyük danışırdı. Araikin "Qarabağda Ermənistandan daha çox silah var" sözü həqiqəti əks etdirməsə də, çox ciddi nüanslardan xəbər verir. Deməli, müharibədən ötən müddət ərzində separatçılar fasiləsiz silahlandırılıb. Bu silahlanma da Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın yolu vasitəsilə həyata keçirilib. Ruslar ermənilərin silahlanmasına göz yumublar, buna şərait yaradıblar. Azərbaycan tərəfi bölgədə baş verənlərin fərqindədir və Laçın yolunda davam edən aksiya bundan xəbər verir. Hesab edirəm ki, Laçın yolu ilə yanaşı, digər gizli yollar da tamamilə nəzarətə götürülməlidir. Ermənistandan Qarabağa quş belə uçmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq