Seçkilərdən sonrakı Ermənistan:“Savaş yox, Qərbə inteqrasiya istəyirlər”
Banuçiçək Kalbalıyeva
09:37 22.06.2021
Siyasət
684
“Paşinyan ideal namizəd deyildi, lakin alternativi yox idi”
“İnsanlar Rusiyadan daha az asılı olan siyasətçisinin hakimiyyətə gəlməsini arzulayırdılar”
“Paşinyan Rusiyanın ağalığını qəbul etməyəcək və Qərbə inteqrasiya yolundan dönməyəcək”
Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra qalib gələn tərəf Nikol Paşinyanın partiyası oldu. Onun rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası 53.9 faiz səslə qələbə qazandı. Çoxlarının ümid bəslədiyi Robert Köçəryanın bloku isə həmin səslərin heç yarısını da yığa bilmədi(21 faiz). İndi əsas məsələ budur: Paşinyanın üzündəki təbəssüm nə vaxtadək davam edəcək? Əlbəttə, özünü normal siyasətçitək aparanadək. Yenə nöqtə-vergüllə danışmağa başlasa, sərsəm bəyanatlar səsləndirsə, axırda əl-ayağa düşəcək...
Siyasi analitik Rusif Məmmədsoy İrəvanın bundan sonrakı xarici siyasəti barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Seçkilərin nəticəsi göstərdi ki, xalq savaş yox, Qərbə inteqrasiya istəyir. İnsanlar Rusiyadan daha az asılı olan siyasətçisinin hakimiyyətə gəlməsini arzulayırdılar. Və bu, oldu. Paşinyan ideal namizəd deyildi, lakin alternativi yox idi. O, KTMT, Avrasiya İqtisadi Birliyinə dair açıqlamalar verib, Moskvaya təşəkkür edib. Belə bəyanatlar səsləndirməyə məcburdur. Fəqət, Rusiyanın ağalığını qəbul etməyəcək və Qərbə inteqrasiya yolundan dönməyəcək”.
R.Məmmədsoy, həmçinin daxildəki vəziyyətlə bağlı da danışdı:
“Kreml özünə daha yaxın Köçəryanı hakimiyyətə gətirmək istəsə də, erməni cəmiyyəti buna icazə vermədi. Bundan sonra hansısa hərbi çevrilişi istisna edirəm. Köçəryan üçün bütün “qapılar bağlanıb”. Onun “Xalqın layiq gördüyü mandatı qəbul etməyə məcburuq” açıqlaması göstərir ki, Köçəryan mübarizə aparmayacaq. Çünki mənasız olduğunu bilir. Həm də Paşinyanla aralarındakı səs fərqi böyükdür, tərəfdarları kifayət qədər deyil. Elə isə nəyə güvənərək addım atacaq? Eyni zamanda daha Moskvada da buna icazə verməz. Necə deyərlər, qatar keçdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur