Sədr müavini: “YAP üzvlüyündən çıxarılanlar var”
Yusif Nəzərli
06:52 11.12.2021
Siyasət
666
“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir. Artıq bu sahədə bir sıra işlər görülüb”.
Oxu.Az-ın məlumatına əsasən, bunu YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, YAP-a üzvlüklə bağlı yeni elektron sistem bazası qurulur:
“Müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri, həm də onların miqrasiya prosesləri ilə əlaqədar işlər aparılır”.
T.Budaqov vurğulayıb ki, YAP-a daimi yeni üzvlər qəbul olunur:
“Təbii ki, gənclərin müraciəti çoxluq təşkil edir. Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statistikaya əsasən, YAP-ın 800 minə yaxın üzvü var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq