Sekuta: “Sülh müqaviləsinin bağlanması üçün kömək etməliyik”
Yusif Nəzərli
06:58 06.11.2021
Siyasət
615
“Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Düşünürəm ki, bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi, regionda söz sahibinə çevirdi”.
Oxu.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunun “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır:
“Azərbaycanın sülh müqaviləsinin imzalanmasına meyilliliyi çox vacibdir. Bu, çox asan başa gəlmir. Çünki iki tərəf sülhə əminlik hissinə malik deyil. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq”.
Robert Sekuta hesab edir ki, 30 il davam edən düşmənçilik Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib: “Biz artıq yaxşı qonşuluq münasibətlərindən bəhs edirik. Azərbaycan və ermənilər daha əvvəl qarışıq nikaha gedirdilər. Amma indi gənc nəsildən söhbət etsək, belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənçilik var. Bu da sülhün bərpa olunması üçün iki ölkə rəhbərindən müəyyən zaman tələb edir”.
Robert Sekuta Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa olunmasını təklif edib: “Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalmalıdır, bu barəsində danışıqlar aparılmalıdır. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq daha çox inkişaf etməlidir. Bu çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər. Biz də formal şəkildə Ermənistan və Azərbaycan arasında dialoqu təşəbbüs kimi irəli sürə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm