Səməd Seyidov: Azərbaycan Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək
12:00 02.05.2024
Siyasət
434
Dünən Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans keçirilib. “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edərkən də Fransanın neokolonializm siyasətinə toxunub.
O bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik rəhbərliyi zamanı, eləcə də hazırda bu təsisatın “sədrlik üçlüyünə” daxil olduğu dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış edib.
Dövlət başçısı vacib məsələlərlə, o cümlədən neokolonializmlə bağlı böyük səylər göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bu mövzu ilə əlaqədar tədbirlər keçirdiyini bildirərək bundan sonra da neokoloniazatorların keçmişdə və müasir dövrdə törətdiyi cinayətlərin, onların digər ölkələrə və xalqlara qarşı həyata keçirdikləri ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcəyini dedi.
Fransanın müstəmləkəçilik siyasətini “Sherg.az”a dəyərləndirən millət vəkili Səməd Seyidov bildirib ki, Prezident İlham Əliyev bu fikirlərini Avropa və digər dünya ölkələrinə ünvanladı:
“İndiyə qədər niyə Avropa Parlamenti və Avropa Şurası Fransanın apardığı müstəmləkə siyasətinə qarşı heç bir münasibət bildirməyib? Bu göstərir ki, Fransa ümumbəşəri dəyərlərlə öz faktiki müstəmləkə siyasətini gizlətməyə çalışır. Rəsmi Paris neokolonializmin regionunu və təsir dairəsini artırmaq cəhdlərini Cənubi Qafqazda həyata keçirmək istəyir. Təbii ki, biz bunun qarşısını almağa cəhd göstəririk. Fransanın müstəmləkə siyasətini açıq şəkildə bütün dünyaya bəyan edirik. Fransa təəssüflər olsun ki, neokolonializm siyasətini öz metropoliyasında davam etdirməklə yanaşı, Cənubi Qafqaza da göz dikib. Ona görə də Cənubi Qafqazda Ermənistan kimi, zəif halqa tapıb və erməni lobbisinin dəstəyi ilə müstəmləkə siyasətini regionda həyata keçirmək niyyətindədir”.
S.Seyidov vurğulayıb ki, Azərbaycan Fransanın bu siyasətinin qarşısını müxtəlif vasitələrlə alır:
“Birincisi bizim regionda apardığımız siyasət buna nümunədir. İkincisi Azərbaycan-Ermənistan arasında danışıqların birbaşa aparılmasına üstünlük verməyimizdir. Üçüncüsü isəFransanın müstəmləkə siyasətini ifşa edərək beynəlxalq təşkilatlarda göstəririk. Azərbaycan Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda konkret bu istiqamətdə addımlar ataraq Fransanın neokolonializmindən əziyyət çəkən ölkələrə kömək edir. Bununla da Azərbaycan Fransanın bu sahədə atdığı addımları dünyaya çatdırır. Ona görə də Fransanın müstəmləkəçilik siyasətinə Cənab Prezident İlham Əliyev ayrıca diqqət yetirdi. Müstəmləkə siyasəti dinlərə, millətlərə, mədəniyyətlərə hörmətsizliyi və xalqları məhv etmək kimi məsələləri özündə ehtiva edir. Azərbaycan Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini bundan sonra da davam etdirəcək”.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya