Sensasion təklif: “Ağdamdakı monitorinq mərkəzi Ermənistanla sərhədə yerləşdirilsin”
Yusif Nəzərli
08:31 01.02.2023
Siyasət
436
“Ağdamdan fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməlidir”.
Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc belə təkliflə çıxış edib.
O bildirib ki, Avropa İttifaqının missiyası mülki libasda Ermənistanda xidmət göstərməklə gələcəkdə NATO-nun regiona
müdaxiləsinə şərait yaratmaq üçündür.
“Hesab edirəm ki, cavab olaraq Rusiya-Türkiyə Monitorinq Mərkəzi Azərbaycanın Ermənistanla sərhədinə yerləşdirilməlidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədlərinə missiya göndərəcək. Missiyanın müddətinin iki il olması nəzərdə tutulur.
Rusiya bu addımı regional sülhə xələl gətirən addım kimi qiymətləndirir. Azərbaycanın isə mövqeyi belədir ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və İttifaq bundan çəkinməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq