Serbiya XİN: İranın Azərbaycana dron hücumları qəbuledilməzdir

Serbiya Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumlarını pisləyib.

APA xəbər verir ki, bu barədə Serbiya XİN bəyanat yayıb.

“Serbiya XİN Naxçıvan Muxtar Respublikası ərazisində yaşanan, ərazi və əhalinin təhlükəsizliyini zərbə altında qoyan insidenti qəbuledilməz hesab edir. Serbiya Respublikası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, vurğulayırıq ki, dost ölkələri geniş regional münaqişələrə cəlb etmək və ya Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, sərhəd bölgələri destabilizə etmək cəhdləri qəbuledilməzdir. Serbiya sülhün qorunub-saxlanılması, beynəlxalq hüquq və BMT Xartiyasına hörmət prinsiplərinə, eləcə də Azərbaycan Respublikası ilə dost və tərəfdaş əlaqələri gücləndirmək prinsiplərinə möhkəm şəkildə sadiqdir”, - bəyanatda qeyd olunub.