“Sərhədlərin demarkasiyası Ermənistanda ajiotaj yaradıb”
Banuçiçək Kalbalıyeva
13:48 21.05.2021
Siyasət
756
“Düşmən ölkədə siyasi xaos hökm sürür”
“Odur ki, rəsmi İrəvanın revanşist bəyanatları nəinki inandırıcı deyil, hətta gülüncdür”
Son vaxtlar baş verən müxtəlif hadisələr, o cümlədən Azərbaycanın hərbi təlimlər keçməsi müxtəlif iddialara səbəb olub. Bəzilərinin fikrincə, düşmənlə növbəti müharibə uzaqda deyil. Rəsmi İrəvanın bir çox məqamlarda inadkarlığı, tutduğu qeyri-konstruktiv mövqe də buna zəmin yaradır.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov iddia edilən savaş barədə fikirlərini “Sherg.az”la bölüşdü. O, belə bir ehtimalı istisna edir:
“Qaragöl ətrafında yaşananlardan sonra yeni müharibə ilə bağlı ajiotaj yaranıb. Ermənistanın destruktiv addımları da göz qabağındadır. Amma düşmənin genişmiqyaslı hərbi əməliyyatlara başlaması üçün sözün əsl mənasında imkanı yoxdur. Onsuz da hərbi, sosial-iqtisadi göstəriciləri Azərbaycandan dəfələrlə az olan Ermənistan ordusu indi tamamilə darmadağın edilib. Bu azmış kimi, düşmən ölkədə siyasi xaos hökm sürür. Odur ki, rəsmi İrəvanın revanşist bəyanatları nəinki inandırıcı deyil, hətta gülüncdür. Növbədənkənar seçkilərdə kim qalib gəlsə, onun müharibə ritorikasından uzaqlaşması daha rasional seçim olar. Bildiyiniz kimi, Qaragöldə sərhədlərin müəyyənləşməsi prosesi gedir. Ermənistan baş naziri Nikol Paşinyanın elə ilk günlərdən Rusiya prezidenti Vladimir Putinə zəng etməsi maraqlı məqamdır. Deməli, Paşinyan öz ərazisi hesab etdiyi torpaqları, sərhədlərini qorumaq iqtidarında deyil”.
S.Zahidov, həmçinin Ermənistandakı daxili vəziyyət barədə də danışdı:
“Məlum olduğu kimi, indiyədək torpaqlarımız işğal altında idi. Bu səbəbdən demarkasiya və delimitasiya prosesi getmirdi.
Beləliklə, düşmənimiz bizim ərazilərimizə iddialar edirdi. İndi sərhədlərin müəyyənləşməsi Ermənistan daxilində də müəyyən ajiotaj yaradıb.
Ermənistanda seçkilərdə iştirak edəcək müxtəlif qüvvələr sözügedən məqamdan rəqiblərinə qarşı istifadə etməyə çalışırlar. Əslində Paşinyanın Putinə müraciəti də daxili auditoriyaya yönəlmiş, ictimai rəyə hesablanmış addımdır. O, bu yolla xalqına göstərmək istəyir ki, hər an Moskvadan kömək ala bilərlər. Halbuki hakimiyyətinin ilk illərində Paşinyan anti-rus mövqeli idi”.
Ekspertin sözlərinə görə, Azərbaycan düşmənin istənilən təxribatına cavab verməyə hazırdır:
“Rəsmi Bakı regionda sabitlik, sülh tərəfdarıdır. Biz kommunikasiya xətlərinin açılmasını, əlaqələrin bərpa olunmasını istəyirik. Lakin sülhə hazır olmağımıza rəğmən, “Dəmir yumruğumuz” daim havadadır.
Necə deyərlər, sülhü təmin etməyin yolu müharibəyə hazır olmaqdan keçir. Biz təlimlərimizlə də düşmənə müvafiq mesajı veririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi