Sevil Mikayılova: AŞPA kimi beynəlxalq təşkilatlar ədalətdən nə qədər uzaq olduqlarını açıq formada sərgiləyirlər
13:43 26.01.2024
Siyasət
705
"Bir sıra Qərb dairələrinin və onların əlində vasitəyə çevrilmiş AŞPA kimi qurumların destruktiv addımları sübut edir ki, Cənubi Qafqazdakı sabitliyə dorğu istiqamətlənən proseslər onların maraqlarından uzaqdır. AŞPA-nın yanvarın 22-də, qış yarım sessiyasının açılış günündə ölkəmizin bu təşkilatda nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi Azərbaycana qarşı açıq-aşkar ikili standartlar siyasətinin tətbiqinə cəhd idi".
Bunu "Sherg.az" a açıqlamasında deputat Sevil Mikayılova deyib.
S.Mikayılova qeyd edib ki, Azərbaycanın AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
“Azərbaycan hər zaman məsələlərin dialoq vasitəsilə həllini dəstəkləyib, üzv olduğu təşkilatların da birgə fəaliyyətinə öz töhfəsini verib. Azərbaycan hər zaman öz öhdəliklərini yerinə yetirib və nədənsə imtina etməyib. Əvəzində isə AŞPA-nın qərəzli, ədalətsiz yanaşmasının şahidi olduq. 30 illik işğal dövrü ərzində AŞPA işğalçı Ermənistanı pisləyən bircə dənə də olsun bəyanat, sənəd qəbul etməyib, heç şifahi formada da işğalçılar qınanılmayıb. Bugün isə AŞPA Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verməyə çalışır. Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparıb qalib gələn Azərbaycan dövlətinin əzminə heç bir təsir göstərə bilməz. Amma digər tərəfdən dünya ictimaiyyəti üçün olduqca untancverici nümunədir. Artıq AŞPA kimi beynəlxalq təşkilatlar ədalətdən nə qədər uzaq olduqlarını açıq formada sərgiləyirlər”.
S.Mikayılova qeyd edib ki, bugün güc və maraqlar faktoru əsas rol oynayır. Bir sıra beynəlxalq təşkilatlar da bu iki faktor əsasında hərəkət edir:
“Azərbaycan öz ərazilərini azad etdikdən və suvenrliyini bərpa etdikdən sonra ölkəmizə qarşı sistemli kampaniya aparıldığı məlumdur. Azərbaycanın siyasi iradəsi, iqtisadi və hərbi gücü bir sıra dairələrdə qısqanclıqla qarşılanır. Onlar müxtəlif yollarla Azərbaycan siyasi iradəsinə təzyiq göstərməyə çalışırlar. AŞPA-nın qəbul etdiyi qərarın təməlində də bu amillər dayanır. Öz ərazisində separatçılığın kökünü kəsmiş bir ölkəni belə biabırçı üsul və metodlarla sıxışdırmaq cəhdinin başqa bir izahı yoxdur”.
S.Mikayılova vurğulayıb ki, AŞPA tərəfindən qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.
“Ölkəmizə qarşı açıq formada sərgilənən açıq qərəzdən sonra isə Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə bir əhəmiyyət kəsb etmir. Azərbaycan digər təşkilatlarda olduğu kimi, AŞPA-da da üzvlüyü müddətində özünü demokratik dəyərlərin sadiq tərəfdarı kimi təsdiqləyib. Təşkilatın anti-Azərbaycana yanaşması isə bu əməkdaşlığa ciddi və qalıcı zərbə vurmuş oldu.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi