Siyasi şərhçi: Bakı ilə İrəvan arasında iqtisadi bağlar yaranacaq
Banuçiçək Kalbalıyeva
09:59 25.07.2021
Siyasət
1294
“Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin və Azərbaycanın mütləq qələbəsini təmin edən sülh sazişinin imzalanması gözlənilir”. Bu sözləri siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a açıqlamasında deyib:
“İndi əsas sual budur: Fərz edək ki, sülh müqaviləsi imzalandı. Bu zaman müqavilənin mətnində nələr olacaq? Təbii ki, kommunikasiyaların açılması, iqtisadi əlaqələr bərpa edilməsi mətnə salınacaq. Yəni, birgə bəyanatlardakından fərqli olaraq, bununla bağlı ölkələr arasında hüquqi öhdəliklər qoyulacaq. Bu isə iki ölkə arasında iqtisadi əlaqələrin cücərməsi və sonra inkişaf etməsi deməkdir. Niyə iqtisadi əlaqələr? Ona görə ki, Zəngəzur dəhlizi iqtisadi layihədir:
Azərbaycanla Ermənistan arasında ticari münasibətlər formalaşa bilər. Elə, ya da belə, dəhliz Ermənistan ərazisindən keçəcəksə, deməli, bu, Bakı ilə İrəvan arasında iqtisadi bağlar yaranacaq. İqtisadi əlaqələr isə siyasi əlaqələrin ərsəyə gətirilməsinə zəmin yaradır. Gələcəkdə iqtisadi sahədə yaranan problemlərin həlli üçün qarşılıqlı olaraq səfirlik və ya hansısa nümayəndəlik açılması da gündəmə gələ bilər. Bəs Azərbaycan cəmiyyəti buna hazırdırmı? Məncə yox, nə erməni, nə də Azərbaycan cəmiyyəti mütləq sülhün təzahürü kimi səfirlik və ya nümayəndəliyin açılmasını həzm edə bilməz. İndi iki versiya qalır: Ya Zəngəzur Azərbaycana birləşəcək və Ermənistan əlində olanla razılaşacaq, dəhliz anlayışı yalnız formal olacaq, ya da dəhlizin marşrutunun cüzi bir hissəsi belə Ermənistandan keçsə, ticari əlaqələr yaranacaq. Bu zaman Azərbaycan və Ermənistan cəmiyyətində sülhün təzahürü olan proseslərə qarşı immunitet formalaşacaq. Lakin milli zəmində məhəlli xarakterli münaqişələrdən heç bir tərəf sığortalanmır. Sülh müqaviləsi Türkiyə ilə Ermənistan sərhədlərinin də açılmasına gətirib çıxaracaq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət