
Siyasi şərhçi xəbərdarlıq etdi
04:27 30.09.2021
Siyasət
788
İranla Ermənistan ölkəmizə və Türkiyəyə qarşı növbəti təxribatın senarisini cızıblar
“Gorus-Qafqan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində yaranmış vəziyyət İranın Ermənistanın iştirakı ilə ölkəmizə qarşı həyata keçirdiyi təxribat senarilərinin bir hissəsini diqqətdən kənarda saxlayıb”. Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, onlardan bəziləri nə qədər “günahsız” görünsələr də, ərazilərimizə qanunsuz yük daşınmasından daha təhlükəli və daha məkrlidir:

“Məqsədim aydın olsun deyə, bir neçə gün öncə İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Hüseyn Tabatabai və eyni ölkənin akademiyasının mədəni irsin araşdırılması institutunun prorektoru Mürtəza Rezvanfarinin Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyanla görüşü ilə bağlı xəbərin bəzi məqamlarına diqqət çəkmək istəyirəm. Deməli, tərəflər görüşdə tarixi və mədəni irsin qarşılıqlı olaraq tanınması, həmçinin arxiv məlumatlarının mübadiləsi, bununla bağlı əməkdaşlığın genişlənməsi və memorandumun imzalanması barədə razılığa gəliblər. Ermənistan təmsilçiləri görüşdə İranla bağlı erməni arxivlərində saxlanılan sənədlərlə yaxından tanış olmaq istədiklərini bildiriblər. Ermənistan tərəfində də öz arxivlərini açacaqlarını vəd ediblər. Arşakyan İran təmsilçilərinə ölkəsinin arxivlərində saxlanan bir sıra sənədlərlə bağlı məlumat verib və qeyd edib ki, bu sənədlərin arasında “Şah Abbasın 1607-ci ildə erməni məliklərinə Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonlarında iri torpaq sahələri ayırması ilə bağlı fərmanı” da var. Qriqor Arşakyan İran təmsilçilərinə həmin “fərman”la bağlı tanış olmağa imkan yaradacağını vəd edib və belə bir imkanı yaradıb”.
E.Mirzəbəyli güman edir ki, belə bir görüşün hansı səbəblərdən keçirildiyi aydın olub:
“Erməni tərəfinin iddialarına görə, Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsi və “Laçın dəhlizi”nin keçdiyi ərazi sözügedən “fərman”la erməni məliklərinə verilibmiş. Tarixçi deyiləm, bu baxımdan düşünürəm ki, məsələnin tarixi tərəfinə aydınlıq gətirmək, Azərbaycan tarixçilərinin işidir. Siyasi şərhçi və araşdırmaçı kimi vəzifəm ölkəmizə qarşı planlaşdırılan təxribat senarilərini aşkarlamaq və ictimai rəyə təqdim etməkdən ibarətdir. Göründüyü kimi İranla Ermənistan Azərbaycana və qənaətimə görə, həm də Türkiyəyə qarşı “tarixi arxiv sənədləri” müstəvisindən birgə fəaliyyətə başlayacaqlar. Həm də beynəlxalq müstəvidə bu istiqamətdə səylərini birləşdirəcəklər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media