
Sülhməramlıların müddəti uzadılacaq? - ŞƏRH
19:04 26.01.2024
Siyasət
477
Rusiyanın hərbi kontingenti 2025-ci ildə yox, vaxtından daha tez Qarabağı tərk edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında rus sülhməramlıları ilə bağlı məsələyə də toxunub. O, sülhməramlıların Qarabağda qalmasının Ermənistana aidiyyəti olmadığını, bunun Moskva ilə Bakı arasında müzakirə edildiyini vurğulayıb.
“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada sülhməramlılarımız var, amma bu məsələ artıq Ermənistana yox, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid məsələdir”, – Lavrov deyib.
Rusiya XİN rəhbərinin bu açıqlaması Azərbaycanın maraqlarına uyğun görünsə də, S.Lavrovun Ermənistana sətiraltı mesajı kimi də dəyərləndirilir.
Prinsip etibarilə Kreml Qarabağ məsələsində məğlub olsa da, “sülhməramlılar kartı”nı əlində saxlamaqda maraqlıdır. Görünür, Moskva bu məsələdə Bakı ilə uzlaşa biləcəyini düşünür. Lakin Azərbaycan sülhməramlıların səlahiyyət müddətinin uzadılmasında maraqlı deyil. Fors-major hal yaşanmasa, sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcəklər.
Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, Lavrovun açıqlamaları ikili xarakter daşıyır. Mövzu ilə bağlı “Sherg.az"a danışan AVP sədri deyib ki, Qarabağda gedən proseslərin Ermənistana aidiyyəti yoxdur deməklə reallığı bəyan edib:

“Bilirsiniz ki, ermənilər hələ də Qarabağa qayıdacaqlarına, bu regionda gedən proseslərə müdaxilə imkanı əldə edəcəklərinə ümid edirlər. Lakin Lavrov bu açıqlaması ilə Ermənistanın bu ümidlərinə son qoymuş olub. Lap əvvəldən Qarabağda yaşayan ermənilər məskunlaşmaq üçün geri qayıtsalar belə, bunun Ermənistana heç bir aidiyyəti olmayacaq. Digər tərəfdən də Lavrov bu açıqlaması ilə sülhməramlıların Qarabağda qalma zərurətinə ayaq yeri qoymağa çalışır. Lakin Azərbaycan dəfələrlə bu məsələdə konkret mövqeyini ifadə edib. Elə Lavrovun özünün də qeyd etdiyi kimi, Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb və bu günün özündə belə rus sülhməramlılarının orada qalmasına heç bir zərurət yoxdur”.
Son zamanlar qərbin Ermənistanda fəallaşdığını xatırladan A.Nağı deyib ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının ratifikasiyası ilə bağlı müzakirələr də aktuallaşıb: “Bəlkə də Rusiya Qərbin Ermənistandakı müşahidə missiyiasının tərkibinin artırılması, hərbi qüvvələrin yerləşdirilməsi fonunda Azərbaycanın rus sülhməramlılarının Qarabağda qalmasına razılıq verəcəyinə, ən azından mövqeyinin yumşalacağına ümid edir. Lakin Azərbaycanın buna ehtiyacı yoxdur. Azərbaycan dövləti öz gücünə sərhədlərini qorumaq iqtidarında olduğunu bütün dünyaya sübut elədi. Ən pis halda isə qardaş Türkiyə, Türk Dövlətləri Təşkilatı ilə müəyyən razılaşmalar əldə edə bilər. Azərbaycan heç bir halda sülhməramlıların səlahiyyət müddətinin uzadılmasına razılıq verməyəcək. Çox güman ki, Rusiyanın hərbi kontingenti 2025-ci ildə yox, vaxtından daha tez Qarabağı tərk edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi