Tarix təkrarlandı ! - “Türkiyə Azərbaycana 100 il əvvəlki dəstəyini…”
Fidan Həmişəyeva
15:14 20.07.2020
Siyasət
1089
“Erməni və ruslara mesaj verildi ki, Azərbaycana qarşı hərəkətə keçsəniz, qarşınızda türk ordusunu görəcəksiniz”
İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid də verdi. Lakin ordu ilə vətəndaşların birlik nümayişi düşmənə və havadarlarına əsl mesaj oldu.
Beynəlxalq ictimaiyyət də Azərbaycan - Ermənistan sərhəddindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər.
Türkiyənin Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər.
Qardaş ölkənin sərgilədiyi mövqeyi yüksək qiymətləndirən politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, cəbhədə vəziyyət gərginləşən zaman Türkiyə Azərbaycana dəstəyi bir yana, açıq-aşkar Ermənistana ciddi xəbərdarlıq etdi:
“Qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğanın “100 il bundan əvvəl əcdadlarımızın etdiklərini, yenə edərik söyləməsi” təkcə Ermənistan deyil həm də havadarı Rusiyaya mesaj idi. Türkiyə bununla ermənilər və ruslara söylədi ki, Azərbaycana qarşı hərəkətə kersəniz, qarşınızda türk ordusunu görəcəksiniz.
Qardaş ölkənin xarici işlər nazirinin “Ermənilər ağıllarını başlarına yığsın”, Müdafiə nazirinin "Silahlarımız Azərbaycanın istifadəsindədir" söyləməkləri erməniləri bərk qorxutdu. Prezident, müdafiə naziri, xarici işlər naziri, parlamentdə fraksiya rəhbərləri səviyyəsində Türkiyə Azərbaycana dəstək göstərdi”.
Ə.Məmmədli qeyd edib ki, bu cür miqyaslı dəstək verməklə həm də Türkiyə Azərbaycanın onun üçün nə qədər doğma olduğunu bir daha göstərdi:
“Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla şəkillərini, video görüntülərini paylaşması indiki həssas durumda incə bir mesajdır. Bu, Əliyevin Qarabağ məsələsində Ərdoğana tam güvəndiyinin, arxalandığının göstəricisidir. Yaxşı görüntülərdir. Azərbaycanın bu dünyada Türkiyədən başqa heç kəsi yoxdur. Bax biz buna görə həmişə məhz Türkiyə deyirik. Bunu anlamayanlar ya da anlamaq istəməyənlər qulaqlarını yaxşı açıb eşitsinlər: “Güclü Türkiyə güclü Azərbaycan, Böyük Türkiyə Bütöv Azərbaycan deməkdir!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət